Turan ordusuna ÜMİD: Türkiyə-Azərbaycan hərbi təhsil əməkdaşlığı!
Yusif Nəzərli
13:58 29.08.2023
Aktual
590
Azərbaycanda rəsmi səfərə gələn Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürakın rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabanı, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edib.
Səfər zamanı müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev türkiyəli həmkarı ilə görüşüb.
General-polkovnik K.Vəliyev “Pençe-Kilit” antiterror əməliyyatlarının aparıldığı bölgədə şanlı türk ordusunun hərbi qulluqçusunun şəhid olması ilə bağlı türkiyəli həmkarına başsağlığı verib.
Qardaş ölkə ilə birgə keçirilən ikitərəfli və çoxmillətli təlimlərin hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərdiyi xüsusi vurğulanıb.
Səmimi görüşə görə təşəkkürünü bildirən ordu generalı Metin Gürak Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi kimi ilk olaraq Azərbaycana rəsmi səfərindən məmnunluğunu bildirib. Ordu generalı M.Gürak Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə cari ildə və 2024-cü ildə keçirilməsi planlaşdırılan birgə tədbirlərin əhəmiyyətini qeyd edib.
M. Gürakın səfərini "Sherg.az"a dəyərləndirən hərbi ekspert Alparslan İmamqulu bildirib ki, Azərbaycan və Türkiyə Respublikaları arasında uzun illər hərbi təhsil sahəsində əməkdaşlıq mövcud olub:
"Xüsusilə 2020-ci il Vətən müharibəsindən sonra bu əlaqələr daha da genişləndirilib. Ali Baş Komandan İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin Türk ordu modelinə keçidi ilə əlaqədar göstəriş verdi. Bunun ardınca bir sıra ciddi dəyişikliklər baş verdi. Gələcəkdə NATO-nun əsas ordularından biri sayılan Türkiyə ordusu ilə qarşılıqlı təlimlərin keçirilməsi Silahlı Qüvvələri daha da inkişaf etdirəcək. Həmçinin Türkiyə Dövlətləri Təşkilatına (TDT) üzv olan dövlətlərin prosesə cəlb olunması ilə bir növ yeni Turan ordusunun yaradılmasına bizi ümidləndirir. Azərbaycan ordusu regionun ən güclülərindən hesab edilsə də, bir az da inkişaf etdirilməlidir. Türkiyə ilə hərbi sahədə olan münasibətlərimiz, ortaq təlimlərin keçirilməsinin artırılması ordumuzun inkişafına ciddi töhfə verəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə aparır - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi
Putinin hakimiyyətdən getməsinə 370 min dollar qoyuldu
19:12 01.07.2026
Dünya
Mirziyayev Gürcüstana gedir
18:50 01.07.2026
Region
Bolqarıstan nümayəndə heyəti ölkəmizdə səfərdədir
18:43 01.07.2026
Gündəm
Zülqədr: Xameneinin ölümündə günahkar olanlar cəzalandırılacaq
18:15 01.07.2026
Dünya
ABŞ BMT-yə terrorizmlə mübarizə üzrə yeni strategiya təqdim edəcək
18:07 01.07.2026
Dünya
Kərim Vəliyev türkiyəli generalın rəhbərlik etdiyi heyətlə görüşüb
17:50 01.07.2026
Gündəm
İyunda dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb
17:17 01.07.2026
Hadisə