“Türk dünyası cənubi azərbaycanlılara kömək göstərməlidir”
“Türk dünyası cənubi azərbaycanlılara kömək göstərməlidir”
Yusif Nəzərli
13:49 05.11.2022
Aktual
637
“Siyasi, diplomatik və digər formalarla Cənubi azərbaycanlıları himayə etmək lazımdır”
“44 ildir, hüquqlarının bərpasına çalışsalar da, nail ola bilməyiblər”
Bəzi dövlətlər 44 günlük Vətən müharibəsində qələbə qazanan Azərbaycanın zəfərini həzm edə bilmir. Ötən həftə İran Azərbaycanla sərhəddə hərbi təlimlər keçirdi, Qafanda Baş konsulluq açdı. Görünür, Azərbaycanın uğurları İranı ciddi narahat etməyə başlayıb.
İranda keçirilən etiraz aksiyalarının əhatəsi də genişlənir. On minlərlə güneyli soydaşımızın küçəyə çıxaraq İranın fars-molla rejiminə etiraz etməsi onları vəlvələyə salır.
Qeyd edək ki, İranda yaşayan azərbaycanlılara qarşı kütləvi zorakılıq, hüquqlarının kobud şəkildə pozulması, repressiya qurbanına çevrilməsi etiraz aksiyalarının baş tutmasını tətikləyib. İranın xüsusi xidmət orqanları dinc əhaliyə qarşı zor tətbiq edir. Artıq minlərlə insan həbs olunub, dəhşətli işgəncələrə məruz qalıb.
Güneyli soydaşlarımızın hüquqlarının tapdanması ilə bağlı "Sherg.az"a danışan təbrizli siyasi şərhçi Maşallah Rəzminin qənaətincə, İranda İslam Cümhuriyyəti mövcud olduğu vaxta qədər varsa, orada yaşayan azərbaycanlılar hüquqlarını qoruya bilməyəcək:
"Soydaşlarımızın varlıqları, hüquqları ayaq altında qalır. Məmləkətə qaranlıqda yaşayan şəxslər hakimlik edir. Onlar da işıqda yaşamağı özlərinə xor görürlər. 1500 il əvvəlin qanunlarını zorla ictimaiyyətə qəbullandırmağa çalışırlar. İran hakimiyyətinin əhatəsindəki hər kəsin əli millətin qanına batıb.
Millət bu hökuməti istəmir. Hökumət də milləti məcburən sakitləşdirməyə çalışır, lakin bacarmır. Belə məqamda üçüncü qüvvənin meydana gəlməsinə gərək var. Nəticədə vəziyyətin dəyişməsi mümkündür.
Cənubi azərbaycanlılar özlərini türk dünyasına mənsub hesab edirlər. Türk dünyasının cənubi azərbaycanlılara kömək göstərməsinin vaxtı yetişib. Siyasi, diplomatik və digər formalarla Cənubi azərbaycanlıları himayə etmək lazımdır. Onlar təşkilatlansınlar və hakimiyyətin devrilməsində rol oynasınlar.
44 ildir, hüquqlarının bərpasına çalışsalar da, nail ola bilməyiblər. Soydaşlarımız şəxsi mənafelərini, hüquqlarını, müqəddəratlarını qorumaqdan ötrü molla rejimini devirməlidirlər. Sonra azərbaycanlılar bərabərhüquqa malik ola bilərlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə