Türkiyə əməliyyat keçirdi: Hədəflər bombalandı

Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı Avaşin-Basyan bölgəsində PKK-ya qarşı əməliyyat keçirib.

Axar.az xəbər verir ki, terrorçu hədəflərinə endirilən aviazərbələr nəticəsində 2 PKK-çı məhv edilib.

TSQ bölgədə terrorçulara qarşı əməliyyatların davam edəcəyini açıqlayıb.