
Türkiyə milli maraqları çərçivəsində bu addımı atmış ola bilər -ŞƏRH
12:58 12.03.2024
Aktual
569
Türkiyə artilleriya sistemlərini və minaatan qurğularını Ermənistanla sərhədə yerləşdirib.
Bu iddia ilə Gümrüdən olan erməni hüquq müdafiəçisi Karapet Poqosyan çıxış edib.
O bildirib ki, Türkiyənin sərhədə yerləşdirdiyi hərbi texnika 155 mm-lik təkərli artilleriya və 120 mm-lik minaatanlardır və bu, misli görünməmiş hazırlıqdır.
Poqosyan hesab edir ki, bütün bunlar Ermənistan hakimiyyətinin anti-Rusiya siyasətindən qaynaqlanır. Böyük ehtimalla, bu hakimiyyət rusları təxribata çəkməyə çalışacaq, bundan sonra Türkiyə Ermənistana müdaxilə edəcək.
Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentində sektor müdiri, politoloq İlyas Hüseynov isə “Sherg.az”a açıqlamasında deyib ki, Ermənistanla sərhəddə Türkiyənin silah cəmləməsi öz təsdiqini tapmamış bir məlumatdır:

“Sadəcə erməni KİV-lərinin yaydığı bir məlumat olduğu üçün real olması şübhə doğurur. Əgər Türkiyə artilleriya sistemlərini və minaatan qurğularını Ermənistanla sərhədə yerləşdiribsə belə, öz təhlükəsizliyini təmin etmək iqtidarında olan Türkiyə milli maraqları çərçivəsində bu addımı atmış ola bilər. Dörd bir tərəfdən düşmənlərlə əhatə olunan Türkiyənin terror məkanına çevirməyə cəhd edən qüvvələr var. Türkiyə isə terrorla ölkə hüdudlarından kənarda mübarizə aparır və bu da özlüyündə qardaş ölkənin güc göstəricisidir. Avropa İttifaqının Mülki Missiyasını ərazilərinə dəvət edən, Fransa və Hindistanın ilə silahlanan Ermənistan üçün bu məsələ niyə narahatlıq doğurur. Ermənistan əsas diqqətini Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırmağa ayırsa, onun üçün hər şey daha yaxşı olacaq. Əgər Ermənistan normal dövlət kimi bölgədə yaşamaq və varlığını sürdürmək istəyirsə, Azərbaycan və Türkiyə ilə sülh müqaviləsini imzalamalıdır. Ermənistan anlamalıdır ki, Azərbaycan və Türkiyə kimi qonşularla sülh içində yaşamasa, varlığı həmişə təhlükə altında olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət