Türkiyənin beyin mərkəzləri ilə münasibətlər genişləndirilir
Yusif Nəzərli
07:22 10.03.2022
Aktual
731
Sosial Tədqiqatlar Mərkəzi yarandığı gündən beynəlxalq əməkdaşlığa üstünlük verir. Bu günə qədər Türkiyənin bir çox tədqiqat Mərkəzləri ilə STM arasında əməkdaşlıq memorandumları imzalanıb. Qardaş ölkənin bir çox nüfuzlu tədqiqat mərkəzlərindən də əməkdaşlıqla bağlı istəklər ifadə edilir.
Sosial Tədqiqatlar Mərkəzinin İdarə heyətinin sədr müavini, millət vəkili Elşad Mirbəşiroğlunun 24-28 fevral tarixlərində Türkiyəyə səfəri əməkdaşlığın, əlaqələrin inkişaf etdirilməsi istiqamətində növbəti addımlardandır. Səfər çərçivəsində Elşad Mirbəşiroğlu Azərbaycan-Türkiyə münasibətlərinin dinamik inkişafına toxunub, iki qardaş ölkə arasından bütün istiqamətlərdə qırılmaz tellərin olduğunu ifadə edib. Müxtəlif konfranslarda 26 fevralda erməni silahlı birləşmələrinin Xocalıda azərbaycanlılara qarşı törətdiyi qanlı soyqırım haqqında ətraflı danışıb.
İstanbulda Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı “Azərbaycan-Türkiyə qardaşlığı” mövzusunda baş tutan konfransda soyqırımla bağlı geniş müzakirələr aparılıb. Konfransda həm STM İdarə heyətinin sədr müavini Elşad Mirbəşiroğlu, həm İstanbul Universitetinin, həm də Türk Gənclər Birliyinin təmsilçiləri ermənilərin törətdikləri vəhşiliklərdən bəhs ediblər, müzakirələr geniş marağa səbəb olub. Çıxışçılar Xocalı soyqırımının təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı işlənən tarixin ən ağır və unudulmayacaq cinayətlərindən biri olduğunu vurğulayıblar.
Xocalı soyqırımının otuzuncu ildönümü ilə əlaqədar Şimali Kipr Türk Cümhuriyyətinin Girnə Amerikan Universitetində keçirilən konfransda da Elşad Mirbəşiroğlu ermənilərin Xocalıda dinc soydaşlarımıza qarşı törətdiyi qanlı cinayətlərdən bəhs edib. Erməni vəhşiliklərinə beynəlxalq məhkəmələrdə hüquqi qiymət verilməsi yönündə dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlər barədə danışıb.
Səfər çərçivəsində Sosial Tədqiqatlar Mərkəzi ilə Türkiyənin nüfuzlu USMER (Ulusal Strateji Merkezi) tədqiqat mərkəzi arasında əməkdaşlığın qurulması və inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb. USMER-in rəhbəri Şule Perincek STM ilə birgə layihələrin həyata keçirilməsi təşəbbüsü ilə çıxış edib, bu istiqamətdə konkret təkliflər irəli sürüb. Hazırda bu təkliflərlə bağlı müzakirələr davam edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm
Azərbaycan və Tacikistan Məkkə Konvensiyasını imzalayıb
18:04 28.10.2026
Gündəm
Azərbaycanda aliment artırılacaq
17:57 28.10.2026
Sosial
TRIPP Ermənistanın sülhə gedən yolunu qısaldır - ŞƏRH
17:36 28.10.2026
Cənubi Qafqaz