Uduzmuş liderə dəstək azalmır
02:41 11.03.2021
Aktual
567
Səbəb odur ki, erməni cəmiyyəti keçmiş klana dönmək istəmir
Qondarma Dağlıq Qarabağ respublikasının "müdafiə nazirliyi"nin mətbuat katibi olmuş Senyor Asatryan Ermənistanda yaşanan hərbi-siyasi böhrana münasibət bildirib. O, ordu rəhbərliyinə olan dəstəyini gizlətməyib:
"Əlbəttə ki, bu hərbi-siyasi qarışıqlıqda ordu ən çətin vəziyyətdədir. Çünki konstitusiyaya görə, ordu torpaqların təhlükəsizliyini və ərazi bütövlüyünü qorumaq üçün nəzərdə tutulub. Ancaq əvvəllər belə çətin bir vəzifəyə sahib olmaqla yalnız bu yöndə düşünməməli, eyni zamanda hakimiyyəti ələ keçirmiş təsadüfi şəxslərin şıltaqlıqlarına müqavimət göstərməlidir. Xalqın dəstəyi olmadan bu çox çətin olacaq".
Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən politoloq Əhəd Məmmədli vurğulayıb ki, Senyor Asatryan keçmiş Qarabağ klanının nümayəndəsidir. Politoloq qeyd edib ki, o, əvvəlki hakimiyyətdə ordu sıralarında yer alıb:
"İndi onun ordunun dəstəkləməsi təbiidir. Çünki Paşinyana qalxan ordu təbii ki, Moskvadan idarə olunan Qarabağ klanının nümayəndələridir. Bir faktı da nəzərə alaq ki, müharibəni uduzan və darmadağın olan da elə həmin ordudur. Bildiyimiz kimi, Ermənistan sərhədlərini başqa bir dövlət qoruyur. Bu da Ermənistan ordusunun nə qədər pis vəziyyətdə olduğunun bariz göstəricisidir".
Politoloq əlavə edib ki, bütün bu faktlar həm də Ermənistan dövlətinin oyuncaq olduğunun sübutudur:
"Ona görə də, hesab edirəm ki, Senyor Asatryanın çıxışı sadəcə olaraq təmsil olduğu klana bir dəstəkdir. Ola bilər ki, Paşinyan təsadüfi adamdır. Amma fakt odur ki, Ermənistan xalqı onu dəstəkləyir.
Uduzmuş liderinə belə arxa durur ki, təki əvvəlki hakimiyyət - Qarabağ klanı və yaxud da Rusiyanın dəstəklədikləri qüvvələr hakimiyyətə gəlməsin.
Bu artıq erməni cəmiyyəti üçün ciddi bir siqnaldır, Azərbaycan üçün də. Düşünürəm ki, bu cür nüfuzu olmayan şəxslərin açıqlamaları Paşinyana ciddi təhlükə yaratmayacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Hörmüz boğazının tamamilə bağlandığını elan edib
01:21 07.09.2026
Region
Ukrayna çıxılmaz vəziyyətdədir - Saks
00:40 07.09.2026
Aktual
Zelenski yenidən Donbasdan imtina etməyəcəklərini açıqladı
23:37 06.09.2026
Aktual
"Amazon"un yük təyyarəsi qəzaya uğradı
23:15 06.09.2026
Dünya
Rusiyada 10 alpinist itkin düşdü
22:54 06.09.2026
Region
Şevçenko İrəvana gəldi, Simonyanın toyuna...
22:33 06.09.2026
Cənubi Qafqaz
Şəmkirdə evdə 35 yaşlı kişinin meyiti tapılıb
22:12 06.09.2026
Gündəm
Uitkoff: Tramp Ukrayna münaqişəsinin diplomatik həllinə çalışır
21:30 06.09.2026
Aktual
İsrail ordusu qəfil təlimlərə başladı
20:33 06.09.2026
Dünya
Göygöldə 50 yaşlı kişinin meyiti tapılıb
20:16 06.09.2026
Hadisə
ABŞ İranla yeni nüvə sazişi bağlamaya bilər
19:22 06.09.2026
Dünya
Rusiyadan Honq Konqa qızıl tədarükü rekord həddə çatıb
19:06 06.09.2026
İqtisadiyyat
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
18:30 06.09.2026
Siyasət
İnfantino yenə prezident olmaq istəyir
18:12 06.09.2026
Futbol
Budanov: “Avropa üçlüyü”nün nümayəndələri Kiyevə gəlib
17:21 06.09.2026
Son dəqiqə