Bu çağırışı Qanun” Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğlu öz feysbuk səhifəsində edib. Şahbaz bəy daha sonra yazır:
"Ümidsiz, inamsız olmaq şeytan əməlidir, at kənara, Seçkiyə gəl!" - Şahbaz Xuduoğlu
10:13 08.02.2020
Aktual
850
"Əziz millətim,
Siz kimi seçirsinizsə, elə həmin şəxsiniz. Seçkiyə gəl və özünə bənzəyənə səs ver!
Səs ver dəyiş, ya da səs ver dəyişmə. Təki sən deyən olsun. SƏS VER!".
"Evində oturmaqla heç nəyi dəyişə bilməzsən. Tanrı deyir, səndən hərəkət məndən bərəkət, Seçkiyə gəl.
Ölkənin idarə olunmasında iştirak et. O mənim deputatımdır demək haqqına sahib ol. Seçkiyə gəl.
Öz taleyinə, övladlarımızın gələcəyinə biganə qalma. Seçkiyə gəl!
Bəsdir “əşşi, onsuzda necə istəyirlər elə olacaq” deyib günahı başqalarının üstünə atdın. İttiham etmə, iddia et, istəmədiyini dəyişmək zamanıdır, Seçkiyə gəl! İnsanı var edən, onu dünyaya duyduran onun səsidir, səni var edən səsindən istifadə et, Seçkiyə gəl.
Tanrının, dünyanın sizə bəxş etdiyi zamanı, vaxtı, həyatı dəyərləndir.Tanrı səni inamlı yaradıb, ümidli yaradıb. Ümidsiz, inamsız olmaq şeytan əməlidir, at kənara, Seçkiyə gəl!
Bütün sivil xalqlar kimi həyatının, dövlətin cilovunu öz əlinə al.
Müqəddəs yer boş qalmır, qoymayın layiq olduğunuz yerlərdə fırıldaqçılar otursun. Səsinin oğurlanmasına imkan vermə. Seçkiyə gəl!
Babalarımzın qurduğu dövlətin sükanına sizin namizədiniz keçsin, siz keçin, seçkiyə gəl!
Qoy xalq deyən olsun.
Bir səsim var. O səs mənim vicdanımdır. Öz vicdanımı əmanət olaraq yalnız vicdanı olan şəxsə verə bilərəm.
Rumi deyir, "nə olursan ol, təki sən gəl". Necə varsan və harda olusran ol, təki seçkiyə gəl".
Turan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat