Valeh Ələsgərov parlament seçkisinə qatılmır? – Vitse-spikerdən AÇIQLAMA
14:20 25.12.2019
Aktual
768
Beşinci çağırış Milli Məclis sədrinin müavini Valeh Ələsgərovun 2020-ci il fevralın 9-da ölkədə keçiriləcək növbədənkənar parlament seçkilərinə qatılmayacağı barədə bəzi xəbərlər yayılıb.
Modern.az saytı yayılan xəbərləri dəqiqləşdirmək üçün Valeh Ələsgərovun özü ilə əlaqə saxlamağa çalışıb.
Valeh Ələsgərov əməkdaşımızla söhbət əsnasında bu barədə ətraflı danışmaq istəməyib: “Seçkilərə qatılıb-qatılmamaq şəxsi məsələdir. Yaxşı olar ki, digərlərinə müraciət edəsiniz”.
Qeyd edək ki, Valeh Ələsgərov 2015-ci il noyabrın 24-dən Milli Məclisi sədrinin müavinidir.
1946-cı il oktyabrın 19-da Samux rayonunun Qarayeri qəsəbəsində anadan olub. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyasının) Neft-mədən fakültəsini bitirib.
1970–1991-ci illərdə SSRİ Neft-Qaz Sənayesi Nazirliyinin «Permneft», «Azneft» istehsalat birliklərində, 1992–2005-ci illərdə «Azərneft» Dövlət Konsernində, Azərbaycan Respublikası Dövlət Neft Şirkətində çalışıb.
Əməkdar mühəndisdir. «Şöhrət» ordeni ilə təltif edilib. 2-ci dərəcəli «Vətənə xədmətə görə» ordeninə layiq görülüb.
Üçüncü və dördüncü çağırış Milli Məclisinin deputatı olub.
2015-ci il noyabrın 1-də 102 saylı Samux-Şəmkir seçki dairəsindən beşinci çağırış Milli Məclisin deputatı seçilib.
Valeh Ələsgərov heç bir partiyanın üzvü deyil. Bitərəfdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm