
Vaşinqton "dovşana qaç, tazıya tut" deyir: Tramp müharibənin uzanmasında maraqlıdır
12:23 05.06.2025
Aktual
676
“ABŞ Ukrayna Prezidenti Volodimir Zelenskini hakimiyyətdən uzaqlaşdırmaq üçün ciddi işə başlayıb”.
Bunu Ukraynanın keçmiş baş naziri Nikolay Azarov (2010-2014) deyib.
“Bu, aqoniyadır. Tamamilə bəllidir ki, amerikalılar onu hesabdan çıxarıblar və indi onu aradan götürməyə çalışırlar”, - sabiq baş nazir bildirib.
Xatırladaq ki, 2014-cü ildə barəsində korrupsiya və çirkli pulların yuyulması ittihamları ilə cinayət işi açılan Nikolay Azarov beynəlxalq axtarışa verilib və barəsində məhkəmənin hökmü ilə qiyabi həbs cəzası çıxarılıb. Hazırda Rusiyada yaşayan Ukraynanın sabiq baş naziri müharibədə Moskvanın mövqeyini müdafiə etdiyinə görə ölkəsində vətən xaini olaraq qəbul edilir.
Siyasi şərhçi Azər Həsrət Sherg.az-a deyib ki, Tramp administrasiyası hakimiyyətə gəldikdən sonra Ukrayna məsələsində nala-mıxa vurmaqla məşğuldur:

"Bütün dünya ABŞ-dən ədalətli yanaşma gözləyirdi. Hətta ümid edilirdi ki, Tramp Rusiyaya qarşı təzyiqlərini artıracaq və bununla da müharibə bitəcək. Lakin Ağ Evin sahibi elə ilk gündən Moskvanın daha da həvəsləndirilməsi ilə məşğuldur. Faktiki olaraq, ABŞ müharibəni bitirə biləcəyi yerdə əksinə, alovlandırdı. Zelenski ilə bağlı söylənənlər də elə buradan qaynaqlanır. Əslində Vaşinqton "dovşana qaç, tazıya tut" deyir. Nəticə etibarilə Tramp müharibənin daha da uzanmasında maraqlıdır. Bütün bunlar Rusiyanın tamamilə ləğv edilməsi ilə yerində müstəqil dövlətlərin qurulmasına hesablanıb".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media