Xaçmazda silsilə oğurluqlar edən şəxs ələ keçdi
11:59 16.12.2019
Aktual
404
Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin fevral-mart aylarında rayonun Qobuqıraq və Çinartala kəndləri ərazisində yerləşən mağazalardan silsilə oğurluqlar etməklə zərərçəkmişlərə xeyli miqdarda maddi ziyan vuran şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 29 yaşlı Taleh Məmmədov olduğu müəyyən edilib.
Dindirilmə zamanı həmin şəxs törətdiyi oğurluq hadisələrini etiraf edib. T.Məmmədov ətrafında aparılan araşdırmalar zamanı məlum olub ki, həmin şəxs kəndlərdə yerləşən üç mağazaya qanunsuz daxil olaraq mağazaların kassalarından ümumilikdə 12999 manat pul, 1200 manat dəyərində danışıq kartları və 452 manat dəyərində tütün məmulatları, həmçinin həmin mağazaların birində quraşdırılan ödəmə terminalını qıraraq içərisində olan 2000 manatdan çox pulu oğurlayıb.
Faktlarla bağlı Taleh Məmmədov barəsində cinayət işi açılıb, onun başqa oğurluq hadisələrində iştirak edib-etməməsi araşdırılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya