Xankəndiyə yol görünür! –“Anti-terror əməliyyatları qapıdadır” - Rəsmilərdən mesaj
Yusif Nəzərli
13:04 09.03.2022
Aktual
1209
“Dördüncü maddə artıq işə keçməlidir”
“Hazırda erməni separatçıları ərazilərimizdən öz xoşları ilə getmir və Rusiya bunda vasitəçi olmursa, biz bu işi məcbur şəkildə özümüz həyata keçirməliyik”
Martın 8-i günorta saatlarından başlayaraq martın 9-u səhər saatlarınadək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri növbəti dəfə təxribat törədiblər. Terrorçular ordumuzun Xocalı və Goranboy rayonlarında yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutublar.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata əsasən,təxribatların qarşısını almaq məqsədilə həmin istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb: “Azərbaycan Ordusu heç bir halda mülki infrastrukturu hədəfə almır, yalnız qanunsuz erməni silahlı dəstələrinin mövqelərinə dəqiq zərbələr endirir”.
Bundan əlavə ,martın 7-də də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən ordumuzun Ağdam rayonunun Paprəvənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.
Siyasi şərhçi Rusif Məmmədsoy bu təxribatla bağlı “Sherg.az”a danışarkən bildirib ki, hazırkı proses hər birimizi narahat edir:
“Çünki ortada həm noyabr, həm də yanvar anlaşmaları var. Təəssüflər olsun ki, qarşımızda bu anlaşmaların əksinə hərəkət edən bir Ermənistan və ona havadarlıq edən Rusiya var. Məncə, indiki gərginlik təsadüfi deyil. Rus sülhməramlılarının komandanı Andrey Volkov Kreml tərəfindən idarə olunur.Bu səbəbdən hazırkı proseslərin də Kremldən idarə olunması açıq-aşkar görünür və onlara cavab verilməlidir”.
R.Məmmədsoyun fikrincə, biz indi yarımçıq qalmış işimizi bitirməliyik əks təqdirdə Rusiya hər vəchlə bu münaqişə ocağının daim qalmasına səy göstərəcək:
“O öz təzyiq metodlarını artırmağa çalışacaq. Bu mənada mütləq şəkildə ordakı erməni separatçıları təmizlənməlidir.Dördüncü maddə artıq işə keçməlidir”.
Analitik anti-terror əməliyyatlarına diqqət çəkib:
“Hesab edirəm ki, anti-terror əməliyyatları artıq qapıdadır. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun türk ordu modelinə keçidin sürətlənməsinin rəsmiləşməsi ilə bağlı əmr verməsi və millət vəkili Tural Gəncəliyevin “Yolumuz Xankəndiyədir” yazılı paylaşımı mənim diqqətimi çəkdi. Bunların üst-üstə düşməsi yaxın günlərdə bu istiqamətdə nələrinsə dəyişəcəyini göstərir. Müdafiə Nazirliyindən verilən son açıqlama da qeyd olunub ki,indi Ermənilər atəş açdıqca biz dəqiq zərbələr endiririk.
Siyasi şərhçinin qənaətincə, hazırda erməni separatçıları ərazilərimizdən öz xoşları ilə getmir və Rusiya bunda vasitəçi olmursa, biz bu işi məcbur şəkildə özümüz həyata keçirməliyik” .
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm