“Xankəndiyə zəng ermənilərə xatırlatmadır”
Fidan Həmişəyeva
11:44 30.06.2021
Aktual
656
Qarabağdakı qondarma rejimin “Milli Təhlükəsizlik Xidməti” Xankəndidə yaşayan ermənilərə evlərini satmaq üçün edilən zənglərlə bağlı məlumat yayıb. Erməni mediasının xəbərinə görə, məlumatda ermənilərdən evlərini satın almaq üçün zənglərin əsasən Azərbaycan və Türkiyədən edildiyi iddia olunur. Qondarma qurumun nümayəndələri yerli əhaliyə xəbərdarlıq edib ki, tanımadıqları nömrələrdən gələn zəngləri qəbul etməsinlər. Hətta qəbul etsələr belə, bu barədə onlara məlumat versinlər.
Sosial şəbəkələrdə gedən müzakirələr zamanı isə məlum olub ki, Qarabağda yaşayan ermənilərdən ev almaq istəyənlər təkcə Türkiyə və Azərbaycandan deyil, həmçinin Ukrayna və Rusiyadan da zənglər edirlər. Onlar ermənilərə evlərinin müqabilində normal qiymət təklif edirlər. Elə Qarabağ erməniləri də eşitdikləri rəqəmdən dolayı sevincək olublar: “Xankəndidə ikiotaqlı mənzillər üçün 35-40 min dollar pul təklif olunur. İndiyə qədər ən maksimal rəqəm 60 min dollar olub. Bu rəqəmlər orada yaşayanlar üçün çox böyükdür. Ona görə də bir çoxları evlərinin sənədlərini qaydaya salaraq, onu satıb, sonra da Rusiyaya köçmək istəyirlər”.
Mövcud durumu “Sherg.az”a dəyərləndirən siyasi analitik Turab Rzayevin fikrincə, olsa bilsin ki, həqiqətən də fərqli ölkələrdə yaşayan azərbaycanlılar, hətta bəzi ölkə nümayəndələri Xankəndiyə köçüb orada məskunlaşmaq istəyirlər:
“Bununla bağlı zənglərin edilməsi mümkündür. Ancaq digər məqam budur ki, bəlkə zəng edən şəxslər sadəcə olaraq ermənilərə yığıb onlara xatırladırlar ki, əvvəl-axır torpaqlarımıza dönüb, istədiyimiz mənzili alacağıq. Düşünürəm ki, vətəndaşlarımız ev almaqda ciddi ola bilər, ya da sadəcə qarşı tərəfə xatırlatma məqsədi ilə bu addımı atırlar. Bu baxımdan hansısa vətəndaş cəmiyyətləri, diaspor komitələri sistemli şəkildə ev almaq adı ilə ermənilərə xatırlatmalar edə bilərlər”.
T.Rzayev vurğulayıb ki, Erməni cəmiyyəti və erməni təhlükəsizlik orqanları da belə zəngləri qəsdlə edə bilərlər:
“Məsələn, son günlər yayılmışdı ki, azərbaycanlılar həmin evləri baha qiymətə almaq istəyirlər. Ermənilər isə buna sevinmişdilər. Ola bilsin sırf bununla bağlı erməni təhlükəsizlik xidməti əməkdaşları qəsdlə çaş-başlıq yaradırlar. Yəni əhaliyə göstərsinlər ki, “baxın azərbaycanlılar sizə yığsalar da, əslində evinizi almaq istəmirlər”. Erməni təhlükəsizlik xidmətləri bu üsulla evlərin boşaldılmasının qarşısını almaq istəyirlər. Necə ki, Həmas Qəzzada yəhudilərə ev satmağı qadağan edir. Məhz erməni təhlükəsizlik orqanları xalqda qorxu formalaşdırıb gələcəkdə azərbaycanlılara evlərin satılmasına mane olmağa çalışırlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polis Sumqayıtda Dövlət bayrağına hörmətsizlik edən şəxsi saxlayıb
19:00 01.05.2026
Hadisə
ABŞ-də təyyarə qəzası: 5 nəfər həyatını itirib
18:58 01.05.2026
Dünya
Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
18:53 01.05.2026
Siyasət
Prezidentin köməkçisi: BQXK-nın bu işini qənaətbəxş hesab etmirik
18:33 01.05.2026
Siyasət
Ombudsman Aparatı təhsil müəssisələrində monitorinqlər keçirdi
18:27 01.05.2026
Ölkə
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm