Xeyrəddin Qocaya “Şöhrət” ordeni verildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Xeyrəddin Qocanın təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sənəd AZƏRTAC-da dərc olunub.

Sərəncama əsasən, Azərbaycan Respublikasının ədəbi və ictimai həyatında fəal iştirakına görə Xeyrəddin Sayəddin oğlu Qocayev (Xeyrəddin Qoca) “Şöhrət” ordeni ilə təltif edilib.