XİN rəsmisi: "Azərbaycan Rusiyadan silah almağa hazırdır"
15:20 29.11.2019
Aktual
502
Xarici İşlər Nazirliyi Azərbaycanın Rusiya silahlarını almağa hazır olduğunu açıqlayıb. “RİA Novosti”nin xəbərinə görə, bu barədə nazirliyinin rəsmi nümayəndəsi Leyla Abdullayeva açıqlama verib.
Bildirilib ki, Azərbaycan KTMT ölkələri ilə sıx hərbi-siyasi və hərbi-texniki əməkdaşlıq qurub:
“Xüsusilə, Azərbaycan və Rusiya arasında hərbi-texniki sahədə əməkdaşlığı qeyd etmək istəyirəm”- deyən Leyla Abdullayeva, Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 30-da Rusiya Müdafiə naziri Sergey Şoyqu və noyabrın 26-da Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov ilə görüşündə ölkələr arasında 2020-ci ildə hərbi əməkdaşlığı müzakirə etdiyini bildirib.
“Lazım gələrsə, Azərbaycan Rusiyadan yeni silahlar ala bilər”, - deyə o, əlavə edib.
Daha əvvəl, Azərbaycan prezidenti İlham Əliyev “RİA Novosti”yə verdiyi açıqlamada, rəsmi Bakının Rusiya silahlarının tədarükü ilə bağlı yeni müqavilələr bağlanılmasında maraqlı olduğunu, detalların müvafiq idarələr tərəfindən razılaşdırılacağını bildirib.
Dövlət başçısının sözlərinə görə, Rusiyadan Azərbaycana silah tədarükü üçün artıq başa çatmış müqavilələr beş milyard dollar dəyərində qiymətləndirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm