Xoşagəlməz oyanma - Türkiyə barədə bədbin proqnoz verildi
10:47 25.01.2020
Aktual
513
Xəbər verdiyimiz kimi, Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub. Kandilli Rəsədxanası zəlzələnin yerin 10 kilometr dərinliyində baş verdiyini bildirib. Türkiyənin Fövqəladə Hallar və Təbii Fəlakətlər İdarəsindən verilən xəbərə görə, zəlzələ yerli vaxtla 20.55-də baş verib. İlkin məlumatlara əsasən, 21 nəfər zəlzələnin qurbanı olub, 1000 nəfərdən artıq insan isə yaralanıb. İnsanlara həmçinin külli miqdarda ziyan da dəyib.
Sputnik Azərbaycan "Haberler"ə istinadla xəbər verir ki, türkiyəli mütəxəssis Naci Görür baş verən zəlzələ ilə bağlı maraqlı açıqlamalar verib: "Böyük zəlzələ oldu. Şərqi Anadolu qırılma xətti oyanmağa başladı. Şərqi Anadolu qırılma xətti üzərində uzun illərdir ki, zəlzələ olmurdu. İndiyədək zəlzələlər Şimali Anadolu qırılma xətti üzərində idi".
"Bu zəlzələnin baş verdiyi yerdə 1874-cü ildə 7.1, 1875-ci ildə 6.7 bal gücündə iki zəlzələ olub. Fikrimcə, bu zəlzələ narahatedicidir. Şərqi Anadolu qırılma xətti uzun zamandır səssiz idi, amma indi oyandı. Onun Şimali Anadolu qırılma xətti kimi davranacağından narahatam. Şimali Anadolu qırılma xətti 1939-1999-cı illər arasında çoxlu sayda zəlzələ yaradaraq enerjisini boşaltdı. Eyni şeyi müəyyən zamanda Şərqi Anadolu qırılma xətti də edə bilər" - professor bildirib.
Qeyd edək ki, professor Naci Görürün aylar öncə bu zəlzələ ilə bağı xəbərdarlıq etdiyi də ortaya çıxıb. Professor 2019-cu il oktyabrın 6-da "CNN Türk"də gedən bir verilişdə Elazığ və ətrafını vuran zəlzələ barədə xəbərdarlıq etmişdi.
Onu da bildirək ki, hazırda zəlzələ baş verən ərazidə yüzlərlə xilasedici çalışır. Zərər görmüş ərazilərə çoxlu sayda çadır və yorğan gətirilib. Yeraltı təkanlar bəzi qonşu ölkələrdə - İsraildə, İraqda və Suriyada da müşahidə edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat