Xüsusi təyinatlılarımız üçün yeni poliqon açıldı - VİDEO
Ayyət Əhməd
11:22 01.02.2020
Aktual
668
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) şəxsi heyətinin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər davam etdirilir.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Serq.az-a bildirilib ki, Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Nazirliyin digər rəhbər heyəti HDQ-nin hərbi hissələrindən birində yeni inşa edilən infrastruktur obyektlərinin açılışında iştirak edib.
Müdafiə naziri hərbi hissənin ərazisindəki bina, qurğu və avadanlıqlara baxış keçirib.
Sonra Müdafiə naziri yenidən bərpa olunmuş müasir standartlara cavab verən Dalğıc Təlim Poliqonunda olub. Məruzə olunub ki, poliqon xüsusi təyinatlıların dalğıc hazırlığı üzrə normativləri və sualtı döyüşün aparılması vərdişlərini məşq etdirmələri üçün nəzərdə tutulub. İnfrastruktura baxış keçirən Müdafiə naziri ərazidə yenidən qurulan hovuz, gəmi və qayıq avadanlıqları kompleksi, barokamera otağı, dalğıc cihazlarına texniki qulluq emalatxanası, suyadalma üçün universal qüllə və müxtəlif məqsədli sinif otaqlarında yaradılmış şəraitlə də tanış olub.
Ərazidə yeni inşa edilən müxtəlif məqsədli çoxsaylı maneələrdən ibarət maneə zolağı hərbi qulluqçuların döyüş və fiziki hazırlığı, eləcə də peşə bacarıqlarının artırılması üçün nəzərdə tutulub. Xüsusi təyinatlıların nümunəvi çıxışlarını izləyən Müdafiə naziri tapşırıqların daha keyfiyyətli icra edilməsi ilə bağlı komandanlığa müvafiq göstərişlər verib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi