
Ya Azərbaycanı seçəcəklər, ya gedəcəklər
09:22 31.08.2023
Aktual
387
Azərbaycan bayrağını təhqir edən 3 erməninin məsuliyyətə cəlb edilməsi qanundan başqa, siyasi və ictimai baxımdan vacib şərtdir
Qarabağda Azərbaycan bayrağını tapdalayan 3 erməni futbolçunun hər birinə 10 sutka həbs cəzası verilib.
Azərbaycan Baş Prokurorluğundan verilən məlumata görə, 2021-ci ildə istintaqa cəlb edilərək qiyabi həbs edilən Ermənistan vətəndaşları Alen Sarkisyan (22), Vahe Hovsepyan (20) və Levon Qriqoryan (20) Qarabağdan Ermənistana keçərkən Laçın sərhəd-keçid məntəqəsində saxlanılıblar.
Bu üç nəfər dindirilmə zamanı törətdikləri cinayəti etiraf edib, peşman olduqlarını və bundan sonra belə hərəkətlərə yol verməyəcəklərini bildiriblər. Etiraf etdikləri üçün cinayət təqibinə xitam verilib, onlar İnzibati Xətalar Qanununun “İnternetdə qadağan olunmuş məlumatların yayılması” maddəsi ilə mühakimə və cinayət məsuliyyətinə cəlb olunaraq hər biri 10 gün müddətinə azadlıqdan məhrum edilib.
Bildirilib ki, bu 3 nəfərin cəza müddəti başa çatdıqdan sonra Azərbaycanı tərk etməyə icazə veriləcək.
Xatırladaq ki, 2021-ci ildə Qarabağda futbol klubunun futbolçularının Azərbaycan bayrağını tapdaladığını göstərən görüntülər internetdə paylaşılmışdı. Hadisə ilə bağlı Azərbaycanın Baş Prokurorluğunda “Azərbaycan Respublikasının dövlət bayrağına və ya gerbinə qarşı təhqiramiz hərəkətlər” və “Milli, irqi, sosial və ya dini nifrət və düşmənliyin salınmasını təşkil etmək” maddələri ilə cinayət işi açılmışdı.
İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist-tədqiqatçı İlqar Altay isə “Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycan bayrağını təhqir edən 3 erməninin “Laçın”, sərhəd-buraxılış məntəqəsi keçidində saxlanılıb məsuliyyətə cəlb edilməsi qanundan başqa, siyasi və ictimai baxımdan vacib şərtdir:

“Bu hətta yüngül inzibati cəza da olsa, Qarabağ ermənilərinin şüurunda, onların Azərbaycanda, bu ölkə ərazisində yaşamaları və bu ölkənin də davranış qanunlarına riayətini və ictimai yaşam tərzi reallığını otuzdurur. Bu cür tədbirlər ilə də bu bir-neçə on minlik əhali çox çəkmədən real həqiqəti anlayıb, separatizm hisslərindən ayılıb iki yoldan birisini seçəcəklər. Ya bütün, normal Azərbaycan vətəndaşları kimi ölkə qanunlarına uyğun yaşamaq, ya da ki bu ölkəni tərk etmək. Dünyadakı bütün ölkələrdə yaşam tərzi belədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə aparır - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi
Putinin hakimiyyətdən getməsinə 370 min dollar qoyuldu
19:12 01.07.2026
Dünya
Mirziyayev Gürcüstana gedir
18:50 01.07.2026
Region
Bolqarıstan nümayəndə heyəti ölkəmizdə səfərdədir
18:43 01.07.2026
Gündəm
Zülqədr: Xameneinin ölümündə günahkar olanlar cəzalandırılacaq
18:15 01.07.2026
Dünya
ABŞ BMT-yə terrorizmlə mübarizə üzrə yeni strategiya təqdim edəcək
18:07 01.07.2026
Dünya
Kərim Vəliyev türkiyəli generalın rəhbərlik etdiyi heyətlə görüşüb
17:50 01.07.2026
Gündəm
İyunda dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb
17:17 01.07.2026
Hadisə