YAP nümayəndələri Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
11:49 11.12.2019
Aktual
491
Dekabrın 11-də Yeni Azərbaycan Partiyasının nümayəndələri, partiyanın İdarə Heyətinin, Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, rayon və şəhər təşkilatlarının fəalları müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar Fəxri xiyabanda Ulu öndərin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Tarixin yetirdiyi nadir şəxsiyyətlərdən olan Ümummilli lider Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində iki əsrin qovuşuğunda Azərbaycan öz milli mənəvi dəyərlərini qoruyaraq üçüncü minilliyə inamla qədəm qoyub.
Ulu öndər Heydər Əliyevin zəkası bütün maneələri aşaraq və qarşıya çıxan çətinliklərə baxmayaraq, Azərbaycanı tənəzzüldən, hərc-mərclikdən, vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsindən uğurla çıxarıb ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırıb.
Əbədiyaşar liderimiz Heydər Əliyev olduqca mürəkkəb bir dövrdə xalqın xidmətində dayandığını nümayiş etdirməklə yanaşı, həm də Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında ölkəmizdə hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən sağ mərkəzyönümlü siyasi partiya olan Yeni Azərbaycan Partiyasının banisidir.
Ümummilli liderin yaratdığı Yeni Azərbaycan Partiyası bu gün sıralarında 750 mindən çox üzvü birləşdirərək ölkənin avanqard siyasi qüvvəsi kimi respublikamızda YAP-ın Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən nəhəng quruculuq proseslərinin önündə gedir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya