Yaponiya İrana qarşı hərbi koalisiyada yer almayacaq
16:18 24.12.2019
Aktual
427
Yaponiya Körfəzdə təhlükəsizliyin təmin olunması üçün ABŞ-ın yaratdığı hərbi koalisiyada iştirak etməyəcək. Bunu İran Prezidenti Həsən Ruhani televiziyada çıxışı zamanı deyib. O bildirib ki, Yaponiya hökuməti İrana qarşı heç bir hərbi ittifaqda iştirak etməyəcəyini birmənalı olaraq açıqlayıb. Rəsmi Tokio İranın Hörmüz sülh təşəbbüsünü dəstəkləyir.
Yerli və xarici mətbuat İran Prezidentinin bu açıqlamasını sensasiya kimi təqdim edib. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Uzaq Şərqdə ABŞ-ın ən yaxın müttəfiqi olan Yaponiya rəsmi Vaşinqtonun Körfəzə dair planlarında yer almaq istəmir. Bunun bir neçə səbəbi ola bilər. İlk növbədə, ABŞ bilərəkdən Yaponiyanı hərbi koalisiyadan kənarda saxlayır. Vaşinqtonda anlayırlar ki, Avropa dövlətləri 2015-ci ildə imzalanan “İranın nüvə proqramının məhdudlaşdırılması haqqında” müqavilədən çıxmasalar da, müqavilənin şərtlərinə də əməl etmirlər. Buna görə də avropalılar İran qarşısında etimadlarını itiriblər. Yaponiya isə ABŞ ilə müttəfiq olduğu halda İran ilə əlaqələrini davam etdirəcəyini açıqlayıb. Bu da İranda rəsmi Tokioya etimadı artırıb. Bu vəziyyətdə Tehran Yaponiyanın sözünü daha ciddi qəbul edər, nəinki Avropanın. Belə olan halda ABŞ Yaponiya vasitəsilə İranı bəzi məsələlər ətrafında razılığa gəlməyə məcbur edəcəyini düşünür.(AzərTAc)
Lakin İran fars diplomatiyası da öz incəliyi ilə seçilir. Yaponiyaya etdiyi birgünlük səfərlə rəsmi Tokionun Körfəzdə formalaşdırılan hərbi koalisiyada yer almamasını təmin edən Həsən Ruhani diplomatik qələbə qazanıb. Bu qələbənin mahiyyəti ondan ibarətdir ki, Yaponiya qadağalara baxmayaraq, İrandan neft almağa davam edəcək ki, bu da Tehran üçün olduqca zəruridir. Sanksiyaların İran iqtisadiyyatına böyük zərbə vurduğu bir məqamda Yaponiyanın İrandan neft alması ölkəyə xarici valyutanın daxil olmasını təmin edəcək ki, bu da indiki zamanda Tehran üçün çox vacibdir.
ABŞ hələlik Yaponiya-İran münasibətlərinin isinməsinə kəskin reaksiya verməyib. Həsən Ruhaninin Yaponiyada qazandığı nailiyyətin nə qədər davam edəcəyini və qarşılıqlı əməkdaşlığın hansı səviyyədə həyata keçəcəyini isə zaman göstərəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya