
Yekun sülh! – ABŞ-da doğulan ümidi Rusiya "qətl edir" – Təxribat!
Yekun sülh! – ABŞ-da doğulan ümidi Rusiya "qətl edir" – Təxribat!
Yusif Nəzərli
10:04 12.05.2023
Aktual
545
Xəbər verdiyimiz kimi, 10 may axşam və 11 may səhər saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri təxribatlara əl atıb. Belə ki, Azərbaycan ordusunun bölmələri müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutulub. Artışma nəticəsində bir hərbi qulluqçumuz şəhid olub, digəri yaralanıb.

Təxribatın yekun sülhə necə təsir edəcəyini "Sher.az"a dəyərləndirən türkiyəli politoloq, Ankara Universitetinin professoru Toğrul İsmayıl qeyd edib ki, bu cür provokasiyaların olma ehtimalı hər zaman var:
"Çünki bölgədə maraqlı olan dövlətlər, təşəbbüsü əldən vermək istəmir. Ümumiyyətlə ABŞ-da baş tutan təmaslardan sonra yekun sülhlə bağlı ümid doğmuşdu. Bu isə Rusiya tərəfini narahat edirdi. Ona görə də Ermənistanın fonunda tərəflər arasındakı belə toqquşmalar gözləniləndir".
Analitik əlavə edib ki, belə təxribatların ümümi sülh gedişatına təsir göstərəcəyini düşünmür:
"Çünki bu gün Nikol Paşinyanın öz mövqeyi və onunla razılaşmayan revanşistlər var. Yəni erməni baş nazir ölkəyə tamamilə nəzarət edə bilmir və Ermənistanda xaos hökm sürür. Ümumiyyətlə düşünürəm ki, proses ləngisə də yekun sülhə imza atılacaq. Çünki prosesləri çox uzatmaq Ermənistana sərf etmir və uzandıqca onlar daha çox zərər görürlər. Həmçinin qalıcı sülhün əldə edilməsinə ilk növbədə Rusiya maraqlı olmalıdır. Amma görürük ki, Kreml daxilindəki bəzi güclər bunda maraqlı deyil. Ümumiyyətlə, hadisələr Qərb və Rusiyanın rəqabəti fonunda baş verir. Çünki Ermənistan bu mübarizə üçün ən uyğun ölkədir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
18:12 24.08.2026
Aktual
Rusiyadan açıq hədə: Növbədə bu ölkələrdir
18:10 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
18:01 24.08.2026
Region
Rusiyada səfərbərliyə hazırlıq gedir
17:55 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
17:52 24.08.2026
Region
Tramp: İran tamamilə çökür
17:47 24.08.2026
Dünya
Dəmir ehtiyatları belə azalır: Yumurtanın yanında çay içməyin!
16:40 24.08.2026
Sağlamlıq
Livandan qovulan İran səfiri ölkədən çıxmaq istəmir
16:03 24.08.2026
Dünya
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya