Yol polisi əlil sürücünün saxlanılması məsələsinə aydınlıq gətirib
18:44 12.12.2019
Aktual
639
İnternet xəbər sayıtlarında və sosial şəbəkə hesablarında yük avtomobilini idarəedən əlil sürücünün YPX əməkdaşları tərəfindən saxlanılmasını əks etdirən video görüntü paylaşılıb.
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsindən faktla bağlı APA-ya bildirilib ki, dekabrın 11-də Bakı-Qazax avtomobil yolunda hərəkətdə olan 99-SH-688 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Seyidov Ramiz Bayram oğlu yol hərəkəti qaydalarını pozduğu üçün YPX əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib. Lakin R.Seyidov polisin qanuni göstərişinə tabe olmamış və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan manevrlər etməklə hərəkətini davam etdirib.
Qayda pozan sürücünün saxlanılması üçün qanuna müvafiq tədbirlər görülsə də, o, BDYPİ-nin digər stasionar postlarında da YPX əməkdaşlarının həyatı üçün təhlükə yaradaraq növbəti dəfə əmrə tabe olmayıb.
"Nəhayət, paytaxtın “20” Yanvar dairəsində idarə etdiyi yük avtomobilini saxlamağa məcbur olan R.Seyidov, burada YPX əməkdaşlarına qarşı aqressiv davranış nümayiş etdirib, hadisəni izləyən insanların həqiqətdən xəbərsiz olmasından istifadə edərək emosional çağırışlar etmiş və bununla da törətdiyi qanunazidd əməlləri pərdələməyə çalışıb.
Digər hərəkət iştirakçılarının daha çox zərər çəkə biləcəyi ehtimalını nəzərə alaraq, zəruri tədbirlər görülmüş və hal-hazırda sözügedən faktla bağlı müvafiq araşdırma aparılır", - deyə BDYPİ-nin məlumatında bildirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya