Yol Polisi İdarəsi iki piyadanın vurulması ilə bağlı məlumat yaydı
13:54 05.12.2019
Aktual
464
Baş Dövlət Yol Polisi İdarəsi Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
İdarədən bildiriblər ki, dekabrın 5-də saat 00:50 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Heydər Əliyev prospektində “Ford” markalı 99-ST-479 dövlət qeydiyyat nişanlı avtomobillə iki nəfər piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Nəticədə 2001-ci il təvəllüdlü Əliyar Süleymanov ölüb, digər piyada - 2004-cü il təvəllüdlü İsmayıl Quliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Bununla yanaşı, ilkin araşdırma zamanı müəyyən edilib ki, yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb yuxarıda adları qeyd olunan şəxslərin avtomobillərin intensiv və yüksək sürətlə hərəkət etdiyi yolu piyadalar üçün nəzərdən tutulmayan yerdən keçməyə cəhd göstərmələri olub.
Təəssüf ki, yolun işıqlandırılmasına baxmayaraq, piyadalar tərəfindən hava şəraitinin və yolda müəyyən edilmiş yüksək sürət həddinin nəzərə alınmaması növbəti dəfə faciəyə yol açıb.
Baş Dövlət Yol Polisi İdarəsi əhaliyə müraciət edərək onları sözügedən yol-nəqliyyat hadisənin baş vermə səbəblərindən düzgün nəticə çıxarmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə, ən əsası, həm özlərinin, həm də doğmalarının həyatına biganə qalmamağa çağırır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya