Yoldan tapdığı pulqabı azərbaycanlının başına iş açdı
09:43 27.11.2019
Aktual
494
Rusiyanın Novqorod şəhərində azərbaycanlı yerdən pulqabı tapıb. Oxu.Az-ın xəbərinə görə, pulqabının içərisində 1,5 min rubl (39.9 AZN) və bank kartları olub. Rza İ. 1000 rubldan (26.6 AZN) artıq mal alarsa, pin kodu bilməyə ehtiyac olmadığını bildiyi üçün fərqli mağazalardan 3.600 (95.76 AZN) rubldan çox alış-veriş edib.
Növbəti gün 41 yaşlı Rza yenə fərqli mağazalardan 2,6 min rubl (69.16 AZN) alış-veriş edəndən sonra bu hadisəni qeyd etmək üçün Novqorod kafelərindən birinə gedib, lakin oradan ac qayıdıb.
Çünki bu müddət ərzində kart sahibi kartı bloklayıb və polisə müraciət edib.
Məhkəmə prosesində bəlli olub ki, Rza istintaq prosesi zamanı kart sahibini tapıb, xərclədiyi pulu qaytarıb və ondan üzr istəyib.
Buna görə zərərçəkən hakimdən cinayət işinə xitam verilməsini istəyib.
Məhkəmə cinayətin orta ağır olduğunu, Rzanın daha əvvəl məhkum olunmadığını, vurduğu ziyanı ödədiyini və himayəsində iki uşağın olduğunu nəzərə alaraq tələbi qəbul edib.
Məhkəmə qərarına əsasən, Rza sərbəst buraxılıb, məhkəmə xərcləri isə federal büdcə hesabına ödənilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol