Zakir Həsənov: "Bu bayramı qalib Ordu kimi qarşılayırıq"
18:08 26.06.2022
Aktual
403
"Biz bu bayramı qalib Ordu kimi qarşılayırıq".
Sherg.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə AZƏRTAC-a məxsusi müsahibəsində deyib.
"Ən əsası, azad edilmiş ərazilərimizin qorunması ilə bağlı daşıdığımız cavabdehliyə və etimada görə böyük məsuliyyət, eyni zamanda, sonsuz qürur və iftixar hissi ilə. Vətən müharibəsində qazandığımız Qələbə Azərbaycan xalqının şanlı qəhrəmanlıq salnaməsinin təcəssümüdür. Haqq savaşında canından keçən qəhrəman şəhidlərimizin xatirəsi yaddaşlarda əbədi yaşayacaq. Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, müdrik hərbi strategiyası əsasında Azərbaycan Ordusu Vətən müharibəsində rəşadət və şücaət göstərərək düşmənin 30 ildən artıq davam edən hərbi təcavüzünə son qoymaqla Vətən və xalq qarşısında şərəfli vəzifəsini layiqincə yerinə yetirdi. Vətənin keşiyində yüksək əhval-ruhiyyədə dayanan Azərbaycan Ordusunun şəxsi heyəti torpaqlarımızın müdafiəsi naminə Ali Baş Komandanının hər bir əmrinə daim hazırdır.
Onu da qeyd edim ki, bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da hər ildönümü geriyə, qət edilmiş yola baxış, görülən işlərin təhlili və gələcək planların dəqiqləşdirilməsi mərhələsidir. Qürurverici məqamdır ki, Ordumuz da 104-cü ildönümünü böyük uğurlarla qarşılayır və fəxr hissi ilə qeyd edir", - müdafiə naziri qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kipr sahillərində gəmi qəzasına görə 3 azərbaycanlı saxlanılıb
17:03 03.09.2026
Hadisə
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
16:50 03.09.2026
Ölkə
Seneqallı nazir DOST Mərkəzi ilə tanış olub
16:39 03.09.2026
Sosial
Atımı satıb Bakıya, Qurultaya gəldim - Tatar kəndlisi nə danışırdı?
16:37 03.09.2026
Tarix
Ukrayna Soçi limanında Rusiya gəmisini vurdu
16:35 03.09.2026
Dünya
Şagirdlərin yerdəyişməsi dayandırılır
16:12 03.09.2026
Elm və Təhsil
Himayədar ailə modelinin tətbiqi prosesi daha da sadələşdirildi
15:43 03.09.2026
Cəmiyyət
Paşinyandan Zaxarovaya cavab: Bunu haradan çıxardılar?
15:35 03.09.2026
Dünya
İranın danışıqlara qayıtması üçün ABŞ-yə dörd şərti var
15:14 03.09.2026
Gündəm
Rayonlarda kommunal xidmətlər ucuzlaşa bilərmi? - VACİB AÇIQLAMA
14:41 03.09.2026
Sosial
Paşinyan: Kərkidə ermənilər yaşasa da Ermənistan ərazisi deyil
14:05 03.09.2026
Gündəm
Alen Simonyan Azərbaycana səfər edəcək
13:48 03.09.2026
Gündəm