Zas: "Ermənistanın KTMT-də yaratdığı süni problem öz həllini tapıb"
12:17 28.11.2019
Aktual
526
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) bir il əvvəl yaratdığı qalmaqal nəhayət ki, həllini tapıb. AZƏRTAC BELTA agentliyinə istinadla xəbər verir ki, Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas təşkilatın Bişkekdə keçirilən iclasında baş katib vəzifəsinə təsdiq olunub. O, vəzifəsinin icrasına 2020-ci il yanvarın 1-dən başlayacaq.
2018-ci ilin noyabrında Ermənistan hökumətinin keçmiş baş katibi Yuri Xaçaturovu geri çağırmasından sonra KTMT-nin baş katibinin S.Zas olacağı elan edilmişdi. Lakin Xaçaturovu sabiq prezident Koçaryanla birlikdə konstitusiya quruluşunu devirməkdə ittiham edən rəsmi Yerevan buna kəskin etiraz edərək bildirmişdi ki, 2020-ci ilədək bu vəzifə Ermənistanın nümayəndəsinə məxsusdur. Sonunda KTMT-yə üzv dövlətlər erməniləri kompromisə məcbur etmişdilər və həmin vəzifəni icra etmək onun müavini Valeri Semerikova həvalə edilmişdi.
Beləliklə, ermənilərin KTMT-də yaratdıqları süni problem öz həllini tapıb. Bişkek iclasında iştirak edən dövlət başçıları Belarusun nümayəndəsini yeni təyinatı münasibətilə təbrik ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm