
Zaxarova blef edir! – “...Antiterror əməliyyatları başlanılacaq”
Yusif Nəzərli
10:50 03.08.2022
Aktual
582
“Növbəti antiterror əməliyyatı olacaqsa, Zəngəzur da hədəfə alınmalıdır”
“Digər tərəfdən ermənilər öz ərazilərində müharibə acısı görməlidirlər ki, tamamilə sülhə məcbur olsunlar .Əks halda onlar heç nədən nəticə çıxarmayacaqlar”
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova mediaya açıqlamasında rəsmi Moskvnın Ermənistan-Azərbaycan sülh müqaviləsinin hazırlanmasına fəal şəkildə töhfə verdiyini deyib. Onun sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev qarşılıqlı faydalı baza prinsiplərinə çıxış əldə edilməsi,həmçinin təmas nöqlərinin tapılması üçün tərəflərlə müntəzəm məsləhətləşmələr aparır.O, Moskvanın Bakı-İrəvan sərhəd komissiyasının ikinci iclasını keçirməyə hazır olduğunu vurğulayıb: “Biz hər zaman erməni və azərbaycanlı dostlarımızı Rusiya ərazisində qəbul etməyə hazırıq. Bu və ya digər tədbirlərin keçirilməsinin konkert vaxtını isə Bakı və İrəvan müəyyənləşdirəcək.Onlar bununla bağlı qərar verdikdən sonra bu barədə məlumat verəcəyik”.

Politoloq Əhəd Məmmədli Rusiya XİN sözçüsünün açıqlamasını “Sherg.az”a şərh edərkən bildirib ki,M.Zaxarovanın indiki məqamda belə bir açıqlama verməsi təsadüfi deyil:
"Çünki Ərdoğan-Putin görüşməsi olmalıdır. Burda Suriya və Ukrayna məsələləri,Ukrayna taxılının dünyaya Türkiyə ərazisindən çıxarılması məsələləri müzakirə olunacaq. Çox güman, həmin görüşdə Azərbaycan-Ermənistan münasibətlərinə də toxunulacaq”.
Politoloq diqqətə çatdırıb ki, son zamanlar erməni silahlı birləşmələri tərəfindən dövlət sərhədində törədilən təxribatlar xalq, dövlət olaraq bizim səbr kasamızı doldurub və rəsmi Moskva da bunu çox yaxşı görür:
"Ona görə də Ermənistanı növbəti dəfə bizim əlimizdən xilas etmək üçün danışıqlarla məsələləri uzatmaq istəyir. Rəsmi Bakı indiki halda belə çağırışlara getməməli Rusiyadan rus sülhməramlıları olan ərazidə bir nəfər də olsun erməni qalmamasını tələb etməlidir. Əks halda antiterror əməliyyatlar başlanılacaq”.
Ə.Məmmədlinin qənaətincə, növbəti antiterror əməliyyatı olacaqsa, Zəngəzur da hədəfə alınmalıdır:
“Digər tərəfdən ermənilər öz ərazilərində müharibə acısı görməlidirlər ki, tamamilə sülhə məcbur olsunlar .Əks halda onlar heç nədən nəticə çıxarmayacaqlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi