Zəngəzurun qapıları taybatay açılacaq
Yusif Nəzərli
07:06 11.12.2021
Aktual
629
Müharibələr bitir, bölgəyə davamlı sülh gəlir
Türkiyə, İran və Rusiyanın bu platformada iştirakı “3+3”ün cəlbediciliyindən xəbər verir
“Ermənistanın Azərbaycan torpaqlarını işğalı və rəsmi İrəvanın yürütdüyü təcavüzkar siyasət səbəbindən 30 ilə yaxındır region ölkələri potensial imkanlarını tam reallaşdıra bilmir”.
Bu barədə politoloq Sədrəddin Soltan deyib. Ekspert bildirib ki, ermənilər Cənubi Qafqazda pozuculuq fəaliyyəti ilə regional və beynəlxalq təhlükəsizliyi təhdid etməklə yanaşı, əməkdaşlığa da mane olublar: “Düzdür, Azərbaycan, Gürcüstan və Türkiyə bundan əvvəl bir sıra energetika və kommunikasiya layihələri həyata keçirməklə əməkdaşlığın faydalarını, üstün cəhətlərini çoxdan sübut ediblər.
Ermənistan tutduğu təcavüzkar və pozuculuq mövqeyinə görə həmin layihələrdən kənarda qalıb. Başqa sözlə, Azərbaycanın haqlı və ədalətli tələbləri, şərtləri bu ölkəni regiondakı irimiqyaslı layihələrdə oyundankənar vəziyyətə salıb.
Ermənistan Azərbaycan torpaqlarını işğal və qonşu dövlətlərə qarşı əsassız iddialarla çıxış etməsəydi, həmin layihələrdə iştirak etməklə daha çox qazana bilərdi. 44 günlük müharibə sübut etdi ki, işğalçı dövlət 30 ilə yaxın müddət ərzində o torpaqlarda daşı-daş üstünə qoymayıb. Həmin ərazilərdəki tikililəri dağıtmaq, yeraltı sərvətlərini qanunsuz talan etmək və s. qanunazidd əməllərlə məşğul olub.
İşğalçılığı və təcavüzkar siyasəti Ermənistana uğur gətirmədiyi kimi, Azərbaycan torpaqlarındakı bu sayaq qanunsuz fəaliyyəti faydalı olmadı. İkinci Qarabağ müharibəsi Ermənistan hakimiyyəti və cəmiyyətini reallığı görmək üçün silkələdi. Reallıq isə işğalçılıq və pozuculuq fəaliyyətindən əl çəkib, regionda əməkdaşlıq etməkdən ibarətdir”.
Siyasi şərhçiyə görə, İran və Ermənistan tutduqları mövqe ilə "altılıq platforma"sında əməkdaşlığı bir il gecikdirdi:
“Ona görə də təşəbbüsün gerçəkləşməsi ləngidi. Ancaq son zamanlar rəsmi Tehran və İrəvan bu formatda əməkdaşlığın faydalarını görməyə başlayıb. Gürcüstanın “3+3”də iştirak etməməsi müəyyən mənada başadüşüləndir. Rəsmi Tbilisi iddia edir ki, Rusiya ilə diplomatik əlaqəsi olmadığından onunla bir formatda əməkdaşlıq etmək istəmir. Əslində, bu, Gürcüstanın bəhs etdiymiz platformada əməkdaşlığı dolayı yolla qəbul etməsi kimi də başa düşülə bilər.
Çünki bu ölkə regional əməkdaşlığın faydasını başqa layihələrin icrasında görüb. Bu baxımdan perspektivdə rəsmi Tbilisinin bu formata qoşulacağı istisna olunmur. Dünyanın siyasi səhnəsində mühüm rol oynayan Türkiyə, İran və Rusiyanın bu platformada iştirakı “3+3”ün cəlbediciliyindən xəbər verir. Rəsmi Ankara, Tehran və Moskvanın yeni əməkdaşlıq formatı yaratması mümkün regional münaqişələrin qarşısının alınmasına, bölgədə davamlı sülhün yaradılmasına inamı artırır”.
S.Soltan qeyd edib ki, Ermənistanın bu formatda iştirakı perspektivdə Türkiyə ilə sərhədlərin açılmasına təkan verə bilər: “Ermənilərin Türkiyəyə qarşı saxta iddialarının, türk düşmənçiliyinin qarşısının alınmasına yardım edər. “3+3” platforması həm də Zəngəzur dəhlizinin fəaliyyətə başlamasına təkan ola bilər.
Bu dəhlizin açılması isə “altılıq” formatının potensialının reallaşmasına böyük dəstək olar. Beləliklə, müharibələr sülhlə başa çatır. Savaşlar bitəndən sonra düşmən tərəflər bir-biri ilə əməkdaşlıq edirlər.
Bu baxımdan İkinci Dünya müharibəsindən sonra Almaniya ilə Fransa arasındakı əlaqələrə nəzər yetirmək kifayət edər. Bu ölkələrin iştirakı ilə yaradılan Avropa İttifaqı indi dünyada əsas güc mərkəzlərindən biridir.
Münaqişə bitdiyindən Cənubi Qafqaz regionunda, xüsusilə Azərbaycanla Ermənistan arasında etimad mühitinin yaranması zərurəti meydana çıxıb.
Bunun üçün isə münaqişə edən tərəflərin bir platformalarda işləməsinə, vaxtaşırı təmasların baş tutmasına və s. ehtiyac var. Ümumilikdə isə “3+3”, yaxud “3+2” formatının perspektivdə bu funksiyanı yerinə yetirməsi mümkündür.
Moskvadakı toplantı etimad və əməkdaşlıq mühitinin yaranması üçün başlanğıc addımlardan sayıla bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya
Şəmkirdə azyaşlını avtomobil vurub
18:51 30.10.2026
Hadisə
Media məsuliyyəti: etik prinsiplər və qanunvericilik
18:45 30.10.2026
Media
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
18:06 30.10.2026
Region
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
17:41 30.10.2026
Gündəm