Zeynəb Xanlarovanın qardaşı qızı bibisi haqqında deyilənləri yalanladı
14:09 18.12.2019
Aktual
408
Son günlərdə sosial şəbəkələrdə dünya şöhrətli Zeynəb Xanlarova haqqında həqiqətə uyğun olmayan təbliğat xarakterli məlumatlar yazılır. Ümumiyyətlə, Zeynəb xanım kimi dünyada nüfuz sahibi olan insanlar haqqında hər zaman danışılır.
Zeynəb xanımın ABŞ-a köçməsi ilə bağlı yayılan məlumatlar yalandır. O, vətənini, millətini, xalqını sevən insandır. Bu səbəbdən heç bir yerə köçməyib və köçmək fikri də yoxdur. O, çox sevdiyi Azərbaycanda, vətənində yaşayır.
Oxu.Az xəbər verir ki, bunu Xalq artisti Zeynəb Xanlarovanın qardaşı qızı, Əməkdar artist Mehriban Xanlarova bibisi ilə bağlı yayılan məlumatlarla bağlı verdiyi açıqlamada deyib.
“Bilərəkdən, Zeynəb xanımın adına Milli Məclisdə heç vaxt demədiyi sözləri, təklifləri yazırlar. Yayılan şayiələrə inanmayın. Onların məntiqi ilə düşünsək, Azərbaycan parlamenti, ancaq Zeynəb Xanlarovanın qaldırdığı məsələləri həll edirmiş.
Zeynəb Xanlarova azdanışan, amma hər dəfə ən vacib məsələni qabardan barmaqla sayılacaq deputatlarımızdandır. Zeynəb xanım hər zaman, cəsarətli çıxışları ilə digər həmkarlarından fərqlənib. Zeynəb Xanlarovadan başqa kim Milli Məclisdə Xəzər dənizinin hasarlanaraq xalqın əlindən alınmasından danışıb?
Ondan başqa kim işğal altında olan torpaqlarımızın azad edilməsi üçün müharibə etməkdən başqa çıxış yolumuzun olmadığını və uzun illərdir Qarabağın qaytarılması ilə bağlı ATƏT-in Minsk qrupuna qulaq asmağımızın mənasız olduğunu dilə gətirib? Ondan başqa kim xalqın maddi durumunun yaxşı olmadığını, Türkiyədə rastlaşdığı hadisəni danışaraq cənab Prezidentə çatdırıb?”, - deyə Əməkdar artist qeyd edib.
Mehriban Xanlarova bibisinin maliyyə imkanları ilə bağlı yayılan xəbərlərədə aydınlıq gətirib:
“Zeynəb Xanlarova Allah tərəfindən verilən əvəzolunmaz səsinin sayəsi ilə qazandığı ruzini yeyir. Qazandığı bu ruzini kimə və hara xərcləməsi isə onun şəxsi məsələsidir. Heç kimə aidiyyəti yoxdur.
Azərbaycan xalqının var-dövlətini öz şəxsi ambisiyaları üçün çapıb-talayan bəzi dövlət məmurları ilə Zeynəb Xanlarovanı səhv salmayın. Onun kimi dünya ulduzları öz şəxsi maliyyə imkanları ilə bağlı kiməsə açıqlama vermək məcburiyyətində deyil. Zeynəb xanım Azərbaycan xalqının milli-mənəvi dəyərlərindəndir. Heç bir təbliğat xalqın Zeynəb Xanlarovaya qarşı olan sevgisini azalda bilməz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya