10 aylıq azərbaycanlı uşağın meyiti ailəsinə verildi
08:26 24.01.2016
Arxiv
655
Xəstəxanaya olan borcu imkanlı şəxslər ödəyiblər
"Baş Konsulluğun Təbriz Tibb Universiteti və digər orqanlarla apardığı danışıqlar və xahişi əsasında xəstəxana xərclərində güzəştlər və endirimlər olunub”.
Bu barədə APA-ya Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğundan bildirib.
Baş Konsulluğun məlumatında qeyd olunub ki, uşağın meyiti valideynlərinə verilib, hazırda müvafiq sənədləşmə prosedurlarının yekunlaşdırılması, körpənin cənazəsinin Azərbaycana yola salınması istiqamətində işlər aparılır.
Yaxın vaxtlarda cənazə Azərbaycana yola salınacaq.
xxxxx
11:07
Təbrizdəki xəstəxanalardan birində vəfat edən Azərbaycan vətəndaşı, 10 aylıq Qorqud Dadaşzadənin meyiti artıq ailəsinə təhvil verilib. Lent.az-ın məlumatına görə, bu gün səhər saatlarında "Kudəkan” xəstəxanası körpənin meyitini ailəsinə verib. Gün ərzində Q.Dadaşzadənin cəsədinin Azərbaycana gətiriləcəyi gözlənilir.
Qeyd edək ki, xəstəxana müalicə pulu tam ödənilmədiyi üçün körpənin meyitini ailəsinə təhvil vermirdi. Məsələ ictimailəşdirildikdən sonra Azərbaycandan bəzi imkanlı şəxslər ailəyə maddi yardım edib və onlar xəstəxanaya ödənişi tam həyata keçiriblər.
Onu da qeyd edək ki, xəstəxanadan bildiriblər ki, 10 aylıq Q. Dadaşzadənin müalicəsinə 35 milyon tümən (təxminən 16 min manat) xərclənib. Bu məbləğin 21 milyon tüməni (12 min manat) xeyriyyəçi insanlar tərəfindən ödənilib. 10 aylıq Q. Dadaşzadə 21-də günorta saatlarında Təbrizin "Kudəkan" xəstəxanasında ağciyərinə düşən infeksiya nəticəsində dünyasını dəyişib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi