10 milyonu götürüb, azərbaycanlı sevgilisi ilə qaçdı





Türkiyənin Aydın bölgəsində yaşayan İbrahim adlı şəxs kredit alaraq, 50 hektarlıq ərazidə ferma qurub.

Axşam.az türk mətbuatına istinadən xəbər verir ki, 200 inəyi olan fermer 2016-cı ildə lazımi bütün texnikalarla da təmin edib.

O, daha sonra Türkiyənin müxtəlif bölgələrindən olan 250 nəfəri fermasına şərik edib və daha sonra yoxa çıxıb.

İbrahim 3,6 milyon lirəsi kredit olmaq şərtilə 10 milyon lirə götürərək, azərbaycanlı sevgilisi ilə Qarabağa qaçıb.

Fermer haqda prokurorluğa şikayət ərizlələri daxil olub. Hazırda axtarışdadır.