100 min adam Türkiyəyə doğru hərəkət edir

Onların 3 gün içində Kilis sərhədinə çatacağı ifadə olunur



Müharibədən qaçan 100 min adam Kilis sərhədinə doğru irəliləməyə başladı. Onların 3 gün içində Kilis sərhədinə çatacağı ifadə olunur.

Suriyadakı yerli qaynaqlar Rusiyanın Halep şəhəri və ətrafında davam etdirdiyi hava əməliyyatının ardından etibarlı bölgəyə yerləşmək  üçün  100 min adamın Kilis sərhədinə doğru irəlilədiyini bildirdi.

Müharibədən qaçan minlərlə immiqratın 3 gün içində sərhədə çatacağı ifadə olunur. Digər yandan Cihad Dəvət Mərkəzi və Nüsrət Cəbhəsi lideri Səudiyyə Vaiz Dr. Abdullah Əl Muheysini də rus əməliyyatlarına qarşı Hələbdəki bütün müxalif qrupları birləşməyə çağırdı.

Bölgədə  gələn həftəyə qədər çox şiddətli bombalanma və qarşıdurmalar yaşanacağını ifadə edən Muheysini "Fəth ordusu da daxil olmaqla bütün müxalif qruplarla torpaqlarımızı qorumaq üçün güclərimizi birləşdirməliyik" dedi.