“Əli Kərimli də tükənib, onun yalanları da” 


“AXCP sədri Əli Kərimlinin kimliyi və mahiyyəti uzun illərdir, Azərbaycan cəmiyyətinə məlumdur.  Hər keçən ay və ya hər keçən il onun ətrafı seyrəlir. Onunla yola çıxmış  insanların əksəriyyəti uzun illər əvvəl və elə indi də bu dəstədən, bu cəbhədən intensiv şəkildə uzaqlaşır. Əli Kərimlinin yanında olmuş adamların 99 faizi indi onun yanında deyil. Düzdü, o iddia edir ki, guya həmin adamlar satılıblar , guya əqidələrinə dönük çıxıblar. Amma Ə.Kərimliyə sual olunur ki, niyə ətrafındakıların 99 faizi səndən uzaqlaşıb ? Deməli problem səndədir. Bu adam ilk növbədə günahı özündə axtarmalıdır”.
Bunu “Sherg.az”a tanınmış  jurnalist Azər Həsrət AXCP sədri Əli Kərimlinin son günlər illər öncə baş verib hüquqi həllini tapmış məsələləri yenidən gündəmə gətirərək cəmiyyətdə çaşqınlıq yaratmaq istəyinə münasibət bildirərkən deyib. 

Həmkarımız qeyd edib ki, Ə. Kərimli Hacı Məmmədov işi, Ziya Məmmədov, Etibar Erkin, jurnalist Rasim Əliyevin qətllərini və Neft Akademiyasındakı qətli yenidən gündəmə daşımaqla cəmiyyətdə ajiotaj yaradıb, qarşıdurmaların körüklənməsinə çalışır:




“Onun bax bu cür əməlləri ətrafındakıların ondan üz döndərməsinə səbəb oldu. Əli Kərimli istəyir ki, cəmiyyət onu unutmasın. Amma faktiki olaraq unudulub. Ona görə də bəzən ağıla gəlməyən, bəzən hətta xarici ölkələrdə baş verən hadisələri Azərbaycanda yaşanamış hadisə kimi qələmə verərək ictimiyyət qarşısına çıxmağa çalışır. İnsanlarda xof yaratmağa çalışır ki, bəlkə cəmiyyətədə ara qarışa bu da özünün hansısa iddia və ambisiyalarını  həyata keçirə.  Bu adam hələ də anlamır ki, Azərbaycan cəmiyyəti ilə Azərbaycan xalqı vahiddir. Xalqla  dövlət arasına girmək mümkün deyil.
Azərbaycan xalqı yaxşı dərk edir ki, bu ölkənin sabitliyini pozmaq istəyənlərin məqsədi  ölkəmizi Suriya, Liviya və İraqın gününə salmaqdır.  Bunu bilənlər, əlbəttə, Əli Kərimlinin pafos dolu çıxışlarını qulaqardına vuracaq. Buna rəğmən o aralığı qarışdırmağa cəhd edir. Əlbəttə, bütün bu cəhdlər həmişəki kimi uğursuz olacaq. Ona görə ki, Əli Kərimli də tükənib, onun yalanları da. Onun iddia etdiyi məsələlərin çoxu artıq öz hüquqi əsasını və ya həllini tapıb. Amma o illər öncə baş vermiş hadisəni az qala yeni olay təqdim edərək cəmiyyətdə ziddiyyət yaratmağa çalışır. Onun niyyəti xoş deyil. İnsanlarımız da bu qaragüruhu anlayır və Əli Kərimlinin çağırışlarına heç bir reaksiya vermir.  Belə radikallara bundan sonra da reaksiya verməyəcəklər”. 

A.Həsrət onu da əlavə edib ki, Ə.Kərimli və onun radikal dəstəsi bəzən xırda, məşiət səviyyəsində baş verən hadisəni drammatikləşdirib böyük bir faciə kimi təqdim edir. Onu da Azərbaycan hakimiyyətinin ayağına yazmağa çalışır: 

“Kimsə dənizdə boğulur, yazırlar ki, bu rejimin günahıdır, bunu rejim edib. Anlamaq lazımdır  ki, dənizə yüzlərlə adam gəlir. Bunların arasında boğulanlar da olur. Bu, təkcə Azərbaycnda baş vermir ki ?! Məişət zəminində baş verən özbaşınalıq və ya cinayətlər təkcə Azərbaycanda yaşanmır ki ?! Hətta onların ətəyində “namaz” qıldıqları Amerikada da bu drammatik və faciəvi olaylar baş verir. Hətta belə məşum hadisələrlə bağlı açıqlanan rəqəmlər bizdən qat-qat yüksək olur.

Amerikada baş verən polis zorakılığı Azərbaycanda heç vaxt yaşanmayıb. Amerikanın bəzi ştatlarında küçənin ortasında polislərin vətəndaşları güllələməsi adı haldır. Hətta buna görə heç bir amerikalı küçəyə çıxıb demir ki, hakimiyyət istefa verməlidir. Baxın, Azərbaycan polisi küçədə bir vətəndaşa qarşı səsini ucaldarsa, həmin polis nəfəri cəzalandırılır.

Bu günlərdə Sumqayıtda baş verən hadisəni nümunə göstərmək olar. Azərbaycanda belə bir mükəmməl sistem işləyir, lakin Ə.Kərimli onun radikal dəstəsi bunun əksini iddia edir. Xalq da baxır və həqiqəti görür. Ona görə də Ə.Kərimliyə inamm, etimad qalmayıb. Çox zamanlar isə Azərbaycanda baş verməyən hadisələrin foto və ya videolarını paylaşıb yalandan rəy yaratmağa çalışırlar ki, guya Azərbaycanda polis özbaşınalığı var. 

Araşdırmadan sonra məlum olur ki, o hadisə hansısa əcnəbi ölkədə baş verib. Bu cür yanaşma ilə siaysi hakimiyyətə iddia etmək mümkünsüzdür. Ona görə ki, xalq ağı qaradan seçə bilir. Yalan vədlərlə, saxta ittihamlara bükülmüş məlumatlarla insanları aldatmaq mümkün deyil”.