Yatdı, təyyarəsinə çatmadı

Sonra şüşə qapını sındırıb arxasınca qaçdı




Əlcəzairli Chıha Djallal, İstanbuldan Əlcəzairin Batna şəhərinə getmək üçün Türk Hava Yollarında əməliyyatlarını başa vurdu.
Daha sonra pasport yoxlanışından keçən Djallal təyyarəsinin qalxacağı 222 saylı çıxışa yaxın bir yerdə gözləməyə başladı. Ancaq burada qısa bir müddət yatdığı üçün anonsları eşitmədi. Oyandığı zaman təyyarəsinin qalxacağı salonun boş olduğunu və təyyarənin hərəkət halında olduğunu görüncə təşfiş içində çıxışa qaçdı. O, körpüyə çıxışa zaman şüşə qapının kilidli olduğunu görüncə əlinə keçirdiyi bir cisimlə şüşəni sındırdı. Qapıdan keçən Djallal, sürətlə körpünün aprona açılan hissəsinə gəldi. Buranın da bağlı olduğunu görən Əlcəzairli sərnişin, bu dəfə körpünü təyyarəyə bağlayan panjuru əliylə zorla açdı və aprona atıldı. Bu zaman Əlcəzairə gedən TK-1405 sərnişin təyyarəsi körpüdən ayrılmışdı. Təyyarəsinin hərəkət etdiyini görən Djallal qaçmaq istəyərkən orada olan Apron təhlükəsizlik işçiləri tərəfindən tutuldu və Hava limanı polisinə təslim edildi.

Burada vəzifəlilərə ingiliscə, "Getməyim lazım idi. İşimə gecikdim. Gecikdim. Ölkəmə bu gün getməyim lazımdır. Bu mənim üçün çox əhəmiyyətlidir” deyən Djallal, sonra ifadəsi alınmaq üçün Atatürk Hava limanı Təhlükəsizlik Müdirliyinə aparıldı. Səlahiyyətlilərlə danışdığı zaman qırdığı şüşənin pulunu ödəyəcəyini və bütün zərərləri qarşılayacağını söyləyən Djallal, ölkəsinə gedə bilmək üçün səlahiyyətlilərdən kömək istədi.