11 il ərzində: Robotlar dünyada 20 milyon nəfəri işsiz qoyacaq
05:09 27.06.2019
Arxiv
501
Robotlar 11 il ərzində dünyanın istehsal sənayesində çalışan 20 milyon nəfər işsiz qoyacaq.
AZƏRTAC xəbər verir ki, Böyük Britaniyada yerləşən "Oxford Economics” şirkətinin məlumatına görə, avtomatlaşdırma iqtisadi artımı yüksəldəcək və nəticədə gəlir bərabərsizliyi yaranacaq. Şirkətin hesabatına görə, sənaye sektorundakı hər bir robot 1,6 nəfəri işsiz qoyacaq.
İşsiz qalan insanlar nəqliyyat, tikinti və ofis işlərinə yönəlsə də, bu sahələrdə də avtomatlaşdırma həyata keçiriləcək və nəticədə işsizlik daha da artacaq. Şirkət siyasətçiləri, iş adamlarını və müəllimləri işçi qüvvəsinin artan avtomatlaşdırmaya uyğunlaşması üçün səy göstərməyə çağırıb.
Dünya miqyasında robotlar 2000-ci ildən etibarən təxminən 1,7 milyon insanı işsiz qoyub. Bu rəqəm Avropada 400 min, ABŞ-da 260 min, Çində isə 550 min nəfər təşkil edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
TRT-nin Bakı nümayəndəliyinə yeni rəhbər təyin edildi
20:20 14.07.2026
Dünya
"Qəbələ" ilk yoxlama görüşündə "Kəpəz"i məğlub etdi
20:09 14.07.2026
Futbol
Küveyt ordusu: Düşmənin hava hədəfləri zərəsizləşdirilir
19:58 14.07.2026
Dünya
Tramp: ABŞ İran gəmilərinə qarşı tam blokada tətbiq edəcək
19:42 14.07.2026
Dünya
"Barselona" "Kamp Nou"nu tərk edir: UEFA qaydaları və yeni stadion
19:26 14.07.2026
Futbol
Ərdoğan Qətərə səfər etdi
19:19 14.07.2026
Gündəm
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana təhvil veriləcək
19:12 14.07.2026
Hadisə
Gəncədə altı nəfər qidadan zəhərləndi
18:58 14.07.2026
Hadisə
Türkiyə Netanyahunu axtarışa verib
18:13 14.07.2026
Dünya
Brüsseldə tikinti sahəsində yanğın baş verib, ölənlər var
17:19 14.07.2026
Dünya
Media Kuboku 2026-nın püşkü atıldı
17:07 14.07.2026
İdman
Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin həbs müddəti uzadılıb
17:06 14.07.2026
Cəmiyyət