11 min vəsait alan şəhid vərəsəsi: "Bizə çox böyük kömək oldu, əlimizdən tutdu"



"Müəyyən problemlərimiz var idi və belə məqamda dövlət tərəfindən verilən 11 min vəsait bizə çox böyük kömək oldu, əlimizdən tutdu”.

Bunu "Sherg.az”a açıqlamasında 1994-cü ilin yanvarın 2-si Kəlbəcər rayonunda, Murovdağın Meydançay bölgəsində şəhid olmuş Aydınov Rəfi Telman oğlunun həyat yoldaış Aydınova İradə Təhməz qızı deyib. Şəhidin həyat yoldaşı onlar üçün ayrılan vəsaiti aldıqlarını bildirib: 

"Dövlət başçısı İlham Əliyevə çox minnatdarıq. Hər zaman qayğı və diqqətdən razı olmuşuq, bugün də çox razıyıq. Bütün ailəmiz adından cənab Prezidentə və bu işdə əməyi keçən hər kəsə təşəkkür edirik. Şəhidlərimizə hörmət ən yüksək səviyyədədir. Ölkə rəhbəri tərəfindən verilən Sərəncam da bunu göstərir”.

Qeyd edək ki, Prezidentin 2018-ci il 19 aprel tarixli "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik maddi yardım verilməsi qərara alınıb.

İsmayıl