Balaca Ahmedin böyük vəsiyyəti: "Ana mən ölsəm, mənim orqanlarımı bağışlayın"

"Oğulumun iki böyrəyi İzmirdə 20 yaşlarındakı iki qıza, ciyəri İstanbulda bir xəstəyə, ürəyi isə Ankarada 8 yaşındakı bir qıza verilib. Gözləri isə hələ sahibini gözləyir"






İzmirin Bornova qəsəbəsində yol qəzası nəticəsində həyatını itirən 11 yaşlı Ahmed Efe Yükselin orqanları 5 adama nəql edilərkən, balaca  uşağın həyatını itirməmişdən bir müddət əvvəl, "Ana mən ölsəm, mənim orqanlarımı bağışlayın" dediyi məlum oldu.
Qəza, 9 sentyabr günü saat 16.00- da, İzmirdə baş vermişdi. Evindən çıxan 11 yaşlı Ahmed Efe Yüksel, 100 metr getdikdən sonra yolun o biri tərəfinə keçmək üçün hərəkətlənib və avtomobil vurub. Qəzadan sonra yol kənarına düşən Efe, ağır yaralanıb. Sürücü E. K., yaralını avtomobili ilə xəstəxanaya çatdırıb. Ahmed, bütün müdaxilələrə baxmayaraq həyatını itirib.
İfadəsi alınan sürücü E. K. isə həbssiz mühakimə olunmaqla sərbəst buraxılıb.

"ƏVVƏLCƏ 'BİR ŞEYİ YOX' DEDİLƏR"

Səkkiz il əvvəl həyat yoldaşından boşanan və 2-si oğlan olan 5 uşağından ən kiçiyi Ahmedi itirən ana Necla Tütenocak (46), ''Biz evdə otururduq. Ahmeddə evdə yatırdı. Bir müddət sonra qalxıb çölə çıxdı və bir səs-küy gəldi. Biz dərhal çölə çıxdıq. O zaman vuran sürücü dərhal oğulumu götürüb avtomobili ilə xəstəxanaya aparmışdı. Onların arxasınca biz də xəstəxanaya getdik. Orada bir kişi, iki qadın vardı. Mənə, 'Uşağında heç bir şeyi yoxdur. Yüngül yaralıdır, omba sümüyü çıxa bilər" dedilər. Mən də dedim ki, "Omba sümüyü çıxıbsa bir şey olmaz". O zaman polis məndən ifadə almağa gəldi. Mənə oğulumun vəziyyətinin ağır olduğuyla əlaqədar kimsə məlumat vermədiyi üçün "omba sümüyü qırıq" deyə bir şey olmaz deyə qarşı tərəfdən şikayətçi olmadım. Amma daha sonra polis mərkəzinə gedərək sürücüdən şikayətçi oldum'' dedi.

ORQANLARININ BAĞIŞLANMASINI İSTƏMİŞ

Qazanın böyük olmadığını düşünərək qarşı tərəf cəza görməsin deyə şikayətçi olmadığını dilə gətirən ana Necla Tütenocak belə danışıh:
''Aradan 2-3 saat keçdikdən sonra həkim gəldi yanıma "Hazırlıqlı olun,  ölə bilər" dedi. Bir gün sonra oğulumun beyin ölümü keçirdiyi deyildi. Sonra həkimlər mənə, oğulumun orqanlarını bağışlayıb, bağışlamayacağını soruşdu. Mən ilk əvvəl orqanlarının bağışlanmasının tərəfdarı deyildim, amma ağılıma oğulumun sözləri gəldi. Keçən günlərdə Ahmed ilə birlikdə televiziya izlərkən bir qadının ərinin orqanlarını bağışlayıb öz əlləri ilə orqanlarını daşıması zamanı Ahmedim "Ana ölsəm mənimdə orqanlarımı bağışla. Mən də elə söylədiyinə görə hirislənmişdim. Ağılıma o sözləri gəlincə orqanları bağışladım. Oğulumun iki böyrəyi İzmirdə 20 yaşlarındakı iki qıza, ciyəri İstanbulda bir xəstəyə, ürəyi isə Ankarada 8 yaşındakı bir qıza verilib. Gözləri isə hələ sahibini  gözləyir."

ÜRƏYİ ƏN ÇOX SEVDİYİ BACISININ ADI OLAN ƏMİNƏ ADLI BİR UŞAĞA VERİLİB

Ciyərinin yandığı gündən özünə gələ bilmədiyini ifadə edən gözü yaşlı ana Necla Tütenocak, Ahmedin çox şən olduğunu dilə gətirdi. Orqanlarının fərqli yerlərdə yaşayan adamlarda olduğunu ifadə edən ağrılı ana Tütenocak; ''Oğulumun ürəyi 8 yaşlı Əminə adlı bir qızadadır. Mənim qızlarımdan birinin adı da Əminədir. Ahmed də ən çox Əminə bacısını sevərdi. Balamızın ürəyi çox sevdiyi bacısının adı olan bir başqa uşağa köçürülüb'' dedi.


ÖLƏCƏYİNİ ANASI DEYİB

Qəza olmadan əvvəl özünə bir şeylər olduğunu söyləyən Ərzurumlu ana Tütenocak, bunları söyləyir:
''Zatən mənim ürəyimə ayan olmuşdu. Mənim içim oynadı. Ciyərlərim oğulumun qəzasından 2-3 saat əvvəl sızım- sızım oldu. Qızım Əminəyə, 'Mənim içim çox sıxıldı. Mənə bir şey oldu. Ərzurumdakı yaxınlarımıza görəsən bir şeymi oldu" dedim. Qızım da "Xeyr olsun, ana" dedi. "Əminə, Ahmed öləcək" dedim bir anda. "O, mənim gözümdə bir ölü kimi dayanır" dedim. Əvvəl belə bir şey heç başıma gəlməmişdi. Aradan iki saat keçdi, qəza baş verdi.''

"OĞULUMUN ORQANLARININ CAN TAPDIĞI UŞAQLARLA TANIŞ OLMAQ İSTƏYİRƏM"

Uşağının orqanlarını istəyərək verdiyini dilə gətirən Necla Tütenocak sözlərinə belə davam edir: ''Allah rizası üçün nə olar, balamın orqanları hansı uşaqlara köçürülübsə ana və ataları o uşaqları mənə göstərsin. Heç olmasa o uşaqlara bir bayramda bir şalvar, bir köynək alsam Ahmedi yaşatmış kimi olaram. Ürək və gözləri mənim üçün çox əhəmiyyətlidir. Mən onlarla tanış olmaq istəyirəm. Ahmedin orqanları yaşayır, onlar mənə bir sevgisini verəcək deyə o xəyal ilə ayaqda dayanıram. O uşaqları görüncə mən oğlumu görmüş kimi olacağam. Buradan ailələrdən xahişim, oğulumun orqanlarının olduğu uşaqları mənə göstərsin. Mənə yar olacaq deyil, amma görməm çox gözəl bir şey olacaq. Əhvalım bir az düzələr. Ahmedin gözləri kimə gedərsə, getsin məni tapsınlar. Uşağımın gözlərini olacağı yerə mən də getmək istəyərəm.''(milliyrt.com)

"BAYRAMLIQ PALTARINI ALA BİLMƏDİ"

Ahmedin bayramları çox sevdiyini ifadə edən ana Tütencocak, ''Həyatını itirmədən 10 gün əvvəl, oğlum hər gün qalxanda "Ana bayrama neçə gün qaldı" deyə həmişə soruşardı. Bayramı dörd gözlə gözləyirdi. Amma bayramı görmək nəsib olmadı. Bayramlıq paltar alacağdıq, amma ömürü çatmadı balamın. Amma oğulumun məhəllədə çox sevdiyi yoldaşı var. Evdə nə yesə alıb ona da aparardı. Ahmedimə bayramlıq paltar qismət olmadı, amma çox sevdiyi yoldaşına mən alıb, aparacam'' deyə yanğı ilə danışdı.