"Taliban" Əfqanıstanda qadınların işlədiyi bütün milli və xarici qeyri-hökumət təşkilatlarının (QHT) bağlanacağını bəyan edib.
Teleqraf.com xəbər verir ki, bu barədə "AP" məlumat yayıb.
"Taliban" iddia edirlər ki, qadınlar İslam baş örtüyünü düzgün taxmırlar.
İqtisadiyyat Nazirliyi xəbərdarlıq edib ki, yeni əmrə riayət edilməməsi Əfqanıstanda fəaliyyət lisenziyasının ləğvinə səbəb olacaq.
Nazirlik bütün milli və xarici təşkilatların fəaliyyətinin qeydiyyatı, əlaqələndirilməsi, idarəçiliyi və nəzarətinə cavabdeh olduğunu bildirib.
"Əməkdaşlıq olmadığı təqdirdə müəssisənin bütün fəaliyyəti dayandırılacaq və nazirlik tərəfindən verilmiş lisenziya ləğv ediləcək", - bəyanatda qeyd edilib.