2024-cü ilin sona çatdığı bir vaxtda ABŞ Azərbaycanla təhlükəsizlik sahəsində uzunmüddətli əməkdaşlığının davam etməsinə sadiqdir.
APA-nın xəbərinə görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin X hesabındakı paylaşımında bildirilib.
“Keçən il biz terrorizm və insan alveri ilə mübarizə üzrə praktiki təlimlər keçirdik və Azərbaycan Silahlı Qüvvələrinin bir neçə üzvünün ABŞ-ın yüksək hərbi institutlarını bitirməsi şərəfinə nail olduq. Biz həmçinin Azərbaycanın NATO-nun təhlükəsizliyini daha da gücləndirəcək və qarşılıqlı fəaliyyətə dəstək verəcək çoxmillətli təlimlərdə gələcək iştirakının planlaşdırılmasını dəstəkləməkdən məmnunuq”, - deyə paylaşımda vurğulanıb.