116 binanın istismarı ilə bağlı müsbət rəy verildi - FHN
09:16 24.07.2019
Arxiv
326
Azərbaycan Respublikası Prezidentinin növbəti humanist addımı olaraq imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının icrası ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti dövlət qurumları tərəfindən zəruri tədbirlər davam etdirilir.
APA -nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, görülmüş tədbirlər nəticəsində ötən 5 ay ərzində ümumi sahəsi 1 928 897 m2 olan 19551 mənzilli, ümumilikdə 317 girişli 116 binaya (kompleksə) dair müsbət rəy verilib. 114-ü Bakı şəhəri, 1-i Abşeron rayonu, 1-i isə Gəncə şəhərində yerləşən bu binalara dair sənədlər komplektləşdirilərək, müvafiq qaydada onların istismara hazır olması barədə tərtib edilmiş rəy aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Abşeron Rayon və Gəncə Şəhər İcra hakimiyyətlərinə təqdim olunub.
Aparılmış müayinələr nəticəsində aşkar edilən çatışmazlıqların aradan qaldırılması üzrə işlərin Fərmanla müəyyən olunmuş vaxtda başa çatdırılmasının təmin edilməsi, bu istiqamətdə qarşıya çıxan məsələlərin operativ həlli üçün birgə fikir mübadiləsinin aparılması məqsədi ilə cari ilin 1, 5 və 12 iyul tarixlərində Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin binasında müvafiq xidmətlərin rəhbər şəxslərinin iştirakı ilə çoxmənzilli yaşayış binalarının nümayəndələri ilə növbəti görüşlər keçirilib. Bu görüşlər zamanı 110 binanın təmsilçisi qəbul edilib, hər bir bina üzrə mövcud vəziyyət təhlil edilib, nöqsanların aradan qaldırılması məqsədi ilə görüləcək işlər və müvafiq xidmətlər tərəfindən köməkliyin göstərilməsi imkanları nəzərdən keçirilib. Bu formatda görüşlərin keçirilməsi müsbət qiymətləndirilərək, belə tədbirlərin davam etdirilməsi qərara alınıb.
Fərmandan irəli gələn məsələlərin icrası davam etdirilir və görülən işlər ölkə başçısının nəzarəti altındadır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukraynanın Baş naziri Yuliya Sviridenko istefa verib
22:20 13.07.2026
Dünya
"Erməni soyqırımı" layihəsi: Knesset təxirə saldı
22:02 13.07.2026
Dünya
Slovakiya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
21:34 13.07.2026
Siyasət
Məsud Pezeşkian Rusiyanın energetika nazirini qəbul etdi
20:46 13.07.2026
Region
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Belarusda rəsmi səfərdədir
20:39 13.07.2026
Hərbi
Anna Akopyan Efiopiyaya ezam olunacaq
20:24 13.07.2026
Dünya
Bakı-Qars aviareysləri iyulun 30-dan başlayır
20:13 13.07.2026
Aktual
Tramp: Hörmüz boğazına nəzarəti ələ keçirəcəyik
20:08 13.07.2026
Gündəm
Muhsin Yazıcıoğlu işi üzrə 25 şübhəli saxlanılıb
20:05 13.07.2026
Hadisə
AB Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi
19:50 13.07.2026
Dünya
Füzulidə yanğınlar zamanı mina partlayışları baş verib
19:42 13.07.2026
Hadisə
Ermənistanı sülhdən uzaqlaşdırırlar - ŞƏRH
19:15 13.07.2026
Gündəm