12 yaşlı oğlan Kürdə batdı





Kür çayının Zərdab rayonu, Bıçaqçı kəndi ərazisindən keçən hissəsində 2006-cı il təvəllüdlü Səmədov Kənan Cabir oğlunun batdığı ehtimal olunur.

"Sherg.az"ın Fövqəladə Hallar Nazirliyin saytına istinadən xəbərinə görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.