12 yaşlı Xəlilin cəsədini 500 metr sürüdülər

14, 15 və 17 yaşlı üç uşaq balacaya təcavüz edib, boğduqdan sonra da daşla başını əziblər




12 yaşlı Xəlilin, hadisəni etiraf edən 3 uşağın təcavüzünə məruz qaldığı ortaya çıxdı.

"Sizdən şikayət edəcəyəm” dedikdən sonra eyni kənddə yaşayan uşaqlar onun əl və ayaqlarını bağlayıb boğub, sonra da başını əziblər. Kütahyanın Eyirler kəndinin meşəlik sahəsində əl və ayaqları bağlandıqdan sonra boğulub, başı daşla əzilmiş halda olan 12 yaşındakı Xəlil Buludun ölümünün sirri işıqlandı. Eyni kənddə yaşayan 14, 15 və 17 yaşındakı üç uşağın təcavüz etdiyi balaca Xəlilin "şikayət edəcəyəm” deməsindən sonra öldürüldüyü məlum odu. Eyni şübhəlilərin Xəlilə əvvəl də təcavüz etdiyi irəli sürüldü.

12 yaşlı 7-çi sinif şagirdi Xəlil Bulud, ana-atası ayrıldığı üçün kənddə ata nənəsiylə yaşayırdı. Qonşu qəsəbədəki məktəbdə birlikdə təhsil alan yoldaşları, cümə axşamı ata nənəsi Xədicə Buludu axtararaq "Xəlil məktəbə gəlmədi” deyib.

Nəvəsinin evə gəlməsini gözləyən nənə, dərhal inşaatda çalışan oğulunu axtarıb. Hadisə eşidilincə kəndlilər və ailə, Xəlili ətrafda axtarmağa başladı. Axtarışa qatılan kəndlilərdən Saleh İncə, kəndə təxminən bir kilometr məsafədəki Damlalı mövqeyndə Xəlilin əl və ayaqları bağlı, şalvarı sıyrılmış halda cəsədini tapdı. Başı da əzilən talehsiz uşağın cəsədi meyitxanaya qaldırılıb, jandarma isə qısa müddət sonra eyni kənddə yaşayan H. K. (17), T. T. (14) ilə A.K.ı (15) nəzarətə götürüb. Məhkəməyə sövq edilən 3 uşaq həbs olundu. Şübhəli üç uşağın, məktəbə gedərkən Xəlili zorla kəndin üst tərəfindəki su anbarının yanına aparıb təcavüz etdiklərini, "Sizdən şikayət edəcəyəm” deməsindən sonra əl və ayaqlarını bağlayıb boğduqlarını, başına da daşla vurduqlarını etiraf etdikləri öyrənildi. Şübhəlilərin, cəsədi hadisə yerindən 500 metr uzağa sürüdükləri məlum olub. Qorxunc hadisə 450 nəfər əhalisi olan Eyirler kəndini sarsıtdı. Nəvəsinin ölümüylə böyük acılar yaşayan Xədicə Bulud "Getdi nəvəm” deyərək fəryad qoparıb. Xəlilin İzmirdə yaşayan anası Mələk B. (30) isə oğulunu ən son cümə axşamı günü kəndə gəldiyində gördüyünü, "Canım oğulum, məni buraxıb haralara getdin” deyərək gözyaşı axıtdı.

Talehsiz uşağın meyitxanadan alınan cənazəsi kənd məscidində qılınan namazın ardından torpağa tapışırılıb. Şübhəlilərdən A.K.ın atası İ. K. də cənazə namazına qatılıb. Kəndin imamı hər iki tərəfə də səbir diləyərək "Qan iddiası güdməyin” xəbərdarlığını edib.

Şübhəli uşaqlar H. K., T. T. və A. K. dünən geniş təhlükəsizlik tədbirləri arasında cinayəti törədikləri yerə gətirilərək araşdırma aparılıb.