"1208 bələdiyyənin DSMF-ə 12 milyon manat borcu var" - AÇIQLAMA





"Azərbaycanda formalaşan 1607 bələdiyyədən 1208-nin Dövlət Sosial Müdafiə Fonduna 12 milyon manat borcu var. Bunun 8.5 milyon manatı əsas borc, 3.5 milyon manat isə borca görə hesablanan peniyadır.”

"Sherg.az”ın xəbərinə görə, bu rəqəmləri Prezident Administrasiyasının Ərazi-təşkilat şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov açıqlayıb. Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının illik hesabat yığıncağında çıxış edən E. Eyvazov bələdiyyələrin ötənilki fəaliyyətinə münasibətini açıqlayıb:

"Bu məsələ Prezident Administrasiyasının, Mili Məclisin və Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin daim diqqətindədir. Həqiqətən, çətin vəziyyətə düşən orqanlara müəyyən köməklik göstəriləcək. Lakin bələdiyyə sədrləri də diqqətli olmalıdırlar”.


Sektor müdirinin sözlərinə görə, bəzi hallarda kifayət qədər büdcəsi olan bələdiyyə sədrləri DSMF-yə ödənilməli məbləği ödəmir və nəticədə problem yaranır:

"Bələdiyyə sədrləri istənilən halda bu məsələdə məsuliyyətli olmalıdırlar”.

Aysel Aslan