Ötən ilin martında yoxa çıxmış Malayziya Hava Yollarına məxsus təyyarənin qalıqları hələ də tapılmayıb. 2017-ci ildən etibarən belə vəziyyət baş verməyəcək.
Fransanın "Le Monde" (Dünya) qəzeti xəbər verir ki, Cenevrədə işə başlayan Ümumdünya Radiorabitə Konfransında bütün mülki təyyarələrin peykdən izlənilməsinə dair razılıq əldə edilib. Razılaşmaya əsasən, təyyarələrin «ADS-B» siqnallarını fəzaya ötürmək üçün radiotezliklər müəyyənləşdiriləcək. Məlumat avtomatik olaraq peyklər vasitəsilə uçuşlara nəzarət edən yerüstü stansiyalara yönəldiləcək.
Beynəlxalq Telekommunikasiya İttifaqı bu sistemin tətbiqinə başlamaq üçün aviaşirkətlərlə birlikdə bir sıra tədbirlər həyata keçirməlidir.(musavat.com)
Hazırda planetimizdə uçuşların 70 faizinə nəzarət olunmur. Bu, xüsusilə okeanların, səhraların və dağların üzərindəki sahələrə aiddir.