12 min avro dəyərində təzminat: Avropa Məhkəməsi Sakit Zahidov haqqında ilkin qərar çıxarıb






Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Palatası "Azadlıq” qəzetinin keçmiş əməkdaşı Sakit Zahidovun ərizəsi ilə bağlı ilkin qərar çıxarıb. APA-nın məlumatına görə, məhkəmə ona qarşı Avropa İnsan Haqları Konvensiyasının istintaqın ədalətli aparılmasını əks etdirən 6-cı maddəsinin pozulmasını təsdiqləyib.
AİHM həmçinin 9 min avro dəyərində mənəvi və 3, 048 avro dəyərində digər xərclər üçün təzminatla bağlı qərar çıxarıb.
Qeyd edək ki, S. Zahidov hazırda Belçikada yaşayır.