İki nəfər dəm qazından ölüb, elektrovoz da ana-balanı vurub







Xırdalan dəmir yolu stansiyasında ağır qəza baş verib. Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə noyabrın 15-i, saat 17 radələrində baş verib. Belə ki, Xırdalan dəmir yolu stansiyasının ərazisində elektrovozla şəhər sakinləri Əfsanə Məmmədova və oğlu Fuad vurulub. Ana-bala xəstəxanaya yerləşdirilib.

Binəqədi və Xırdalan sakinləri də dəm qazından zəhərlənib.
 Daxili İşlər Nazirliyinin saytının yaydığı məlumata görə, Binəqədi rayonu ərazisində yaşayan Mirtural Məmmədzadə və Xırdalan şəhərində yaşayan Aytac Abbaszadə dəm qazından zəhərlənərək ölüb.
Araşdırmalar aparılır.