Mazutun qiyməti endirildi

Yeni tarif 2015-ci il 1 dekabr tarixindən qüvvəyə minəcək



Tarif Şurası soba mazutunun topdansatış qiymətini aşağı salıb.
Lent.az-ın məlumatına görə, Şuranın bu gün keçirilən iclasında soba mazutunun topdansatış tarifinə baxılıb və 1 tonun topdansatış qiyməti 300 manatdan 100 manata endirilib.
Yeni tarif 2015-ci il 1 dekabr tarixindən qüvvəyə minəcək.