Bərdədə üç yaşlı uşaq su quyusuna düşərək öldü

Bərdə rayonunda bədbəxt hadisə baş verib.

“Report”un məlumatına görə, hadisə Çələbilər kəndində qeydə alınıb.

Belə ki, Bərdə rayon sakini, 2017-ci il təvəllüdlü Səlimzadə Xaliq Şəmistan oğlu su quyusuna düşərək ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.