30 ildir bu üsulla təəccübləndirir

Bir toxunuşla ağlayan bütün körpələri sakitləşdirir





İnsanlığın başlanğıcından bəri ağlayan körpələri sakitləşdirmək valideynlər üçün ən böyük problem olub. Zamanla hər kəs özünə bir usül seçib uşağı kiridir.

Kaliforniya, Santa Monica xəstəxanasının uşaq xəstəlikləri mütəxəssisi (pediatr) Dr. Robert Hamilton bildiyimiz hər şeyi unutduracaq bir üsulla ağlayan bütün körpələri susdurur. 30 illik təcrübəli uşaq həkimi olan Robert Hamilton, körpələrin doğru şəkildə əldə tutulduğu təqdirdə qəti olaraq ağlamağını kəsdiyini söyləir. Hamilton çox kiçik bir toxunuşla ağlayan bütün körpələri sakitdəşdirir. Hamilton 30 ildir bu peşəni edir və yeni doğulan körpələrə qarşı çox həssasdır. Həkim, ağlayan körpələri sakitləşdirmək üçün kəşf etdiyi yeni üsula ‘The Hold’ yəni ‘alovlan’ adını verib. O, əvvəlcə körpənin sağ qolunu sinəsinə doğru qıvırır. Daha sonra digər qolunu qıvırır və bir əliylə körpənin hər iki qolunu sinələrinə əyərək körpənin boyunun tam altından tutur. Və son olaraq körpənin omba tərəfindən yüngül yelləyərək ağlayan bütün körpələri sakitləşdirir. Məşhur pediatr bütün bu əməliyyatları edərkən olduqca nəzakətli davranır və körpənin canını heç ağrıtmadan edir.