ABŞ son onilliyin ən güclü qar fırtınasına hazırlaşır

ABŞ son onilliyin ən güclü qar fırtınasına hazırlaşır.

APA-nın xəbərinə görə, ABŞ Milli Meteorologiya Xidməti ölkənin mərkəzində formalaşmış qar fırtınasının yaxın günlərdə şərqə yönələcəyini proqnozlaşdırır.

Sürəti saatda 65 km-ə çatan küləklə müşahidə olunan qar fırtınasının ABŞ-ın 25 ştatını vuracağı, səfərlərin dayanmasına, elektrik enerjisi təchizatında problemlərə yol açacağı gözlənilir. Kanzas, İndiana, Missuri və İllinoyes ştatlarına yağacaq qarın son illərin rekord səviyyəsi olacağı proqnozlaşdırılır.

Qeyd edək ki, qar fırtınasının vuracağı 25 ştatda 60 milyona qədər insan yaşayır.