İstanbulda tutulan timsahlar Qaziantepdə qorunur

Türkiyənin ən böyük zooparkı olan Qaziantep Zooparkında ölkəyə qeyri-qanuni yollarla gətirilən heyvanlar da saxlanılır.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, İstanbulda tutulan 2 timsah sığınacaq və sağ qalmaq üçün Qaziantepə gətirilib.

Şəxsi avtomobillə İstanbuldan şəhərə gətirilən heyvanlar yeni yaşayış sahələrinə yerləşdirilib.

Gaziantep Böyükşəhər Bələdiyyəsi Təbiət Həyat Parkı müdiri Cəlal Özsoyler Qaziantepə bir erkək və bir dişi timsah gətirərək qoruma altına aldıqlarını söylədi.

Timsahlar üçün altdan qızdırılan sığınacaqlar təşkil etdiklərini bildirən Özsoyler sözlərini belə davam etdirdi:

"Şəxsi nəqliyyat vasitələrimizlə İstanbula getdik və təbii həyat parkımıza 2 timsah gətirdik. Hazırda adaptasiya prosesindədirlər. Bunun üçün sığınacaqlarımızı altdan isitmə ilə uyğunlaşdırdıq. Ətraf mühit 28 dərəcəyə qədər olmalıdır. Müvafiq rütubət və temperatur təmin etdik. Hazırda onların səhhətləri yaxşıdır, stress səbəbindən yem qəbul etməyiblər. Onlar tezliklə qidalanmağa və təbii mühitə uyğunlaşmağa başlayacaqlar”.